İnsanı xoşbəxt edən 7 sirr!

0
13116
İnsanı xoşbəxt edən 7 sirr!

 Hər insanın bir sirri mütləq var. Hələ xoşbəxt insanların sirri isə, lap çoxdur. Məlumdur ki, xoşbəxt insan olmaq üçün ilk öncə daxili aləmini, ətraf mühitə olan münasibəti və dünya görüşünü dəyişmək lazımdır. O zaman insanı xoşbəxt edən 7 sirri sizinlə bölüşürük. Onların hamısı ilk baxışda çox sadə görünür, lakin əslində onlara əməl etmək çox da asan deyil. 


Xoşbəxtliyin sirri

Daha az fikirləşin, daha çox sevin və sevinin. Həyatdakı bütün problemləriniz əqli narahatçılıqdan irəli gəlir ki, o heç vaxt sakit durmur və durmadan fikirləşir. Arada bir zehnə istirahət vermək lazımdır.
 
Azadlığın sirri:

Başqalarının nə fikirləşdiyi barədə narahat olmamaq. Bu problem həmişə olub, nə qədər insan varsa, o qədər də fikir var, və siz hamını qane edə bilməzsiniz. Hər bir insan –individualdır, ona görə də öz həyatınızı zəhərləyərək başqasının fikrindən asılı olmağa dəyməz, sizin öz düşüncəniz olmalıdır.

Təbii ki, əgər Siz olduğunuzdan daha yaxşı görünmək istəyirsinizsə, bu başqa məsələ. Bu zaman söhbət artıq kifayət qədər böyük EQOdan gedir, bu yaxşı hal deyil. Həm də ki, yalanın ömrü azdır.
 
Sevginin sirri:

Sevgi bəxş edin və sevdiklərinizi dəyişməyə cəhd etməyin. Karma qanunu: Siz bəşəriyyətə nə verirsinizsə, qarşılığında da onu alırsınız, həm də ki iki qat daha artıq. İnsanları olduğu kimi qəbul etməyi öyrənin, onları dəyişməyə və özünüzün istədiyi hala salmağa ehtiyac yoxdur.

Əgər nə isə sizi qane etmirsə - səmimi danışaraq, hər ikinizi də razı salan ortaq nöqtəni tapmaq yaxşı olardı. Əgər insan özündə nəyisə dəyişmək lazım olduğunu dərk etmirsə, onda Siz özünüz heç nəyə nail ola bilməyəcəksiniz, müdaxilə etməklə sadəcə münasibətləri korlayacaqsınız.
 
Reallığın sirri:

Fikirlər maddiləşir. Paolo Koelyonun da yazdığı kimi: “Əgər insan nəyisə istəsə, onda bütün bəşəriyyət onun reallaşması üçün çalışacaq”. Ona görə də öz arzu və fikirlərinizlə ehtiyatlı davranın.
 
Dostluğun sirri:

Mühakimə və tənqid etməyin. İncildə yazıldığı kimi: “Mühakimə etməyin, onda mühakimə də olunmarsınız”. Bəzən insanı bu hərəkətə nəyin vadar etdiyini bilmədən belə onu mühakimə edə bilirik. Bizə elə gəlir ki, bu və ya digər insan nədəsə səhvdir. Lakin siz özünüz haqlısınız-bu hala çox tez-tez rast gəlmək olar.

Sizin insanları mühakimə etməyiniz onlarda nəyisə dəyişəcək? Bütün insanlar fərqlidir: müxtəlif çatışmazlıq və üstünlüklərlə onlar individualdır. Əgər dünyada nəyisə dəyişməyə çalışırsınızsa, birinci özünüzdən başlayın, çünki: “öz gözündə tiri görməyib, özgəsinin gözündə çöp axtaranlardan” olmamaq üçün.
 
Gözəlliyin sirri:

Özünüzü sevin. Allah sizi necə yaradıbsa, özünüzü elə də qəbul edin. Özünüzün mənəvi inkişafı ilə məşğul olun – bu, həm siz, həm də ətraf üçün faydalı olacaq.
 
Zənginliyin sirri:

Əvvəlcə verməyi, daha sonra isə almağı öyrənin. Biz nə qədər çox veririksə, o qədər çox da alırıq – bumeranq qanunu. Daha bir vacib amil odur ki, sadəcə vermək deyil, həm də bunu ürəkdən etmək lazımdır və verdiyimizin heç bir əhəmiyyəti yoxdur: maddi əşyalar, bilik, təcrübə, sevgi – hər şey ürəkdən gəlməlidir.

ŞƏRH YAZIN