Özünə dəyər ver

0
4335
Özünə dəyər ver

Gəl bu gün yaşamağı sına. Sevin. Həyata göndərilmisənsə, yaşaya biləcək qədər güclüsən demək ki. Gülümsəməyi sına. Sənə yönələn boş baxışlara inad, yaşadığın uğursuzluqlara inad, yorğunluqlara, durğunluqlara inad gülümsə. Elə içdən ki, işıqlansın ən qaranlıq bucaqlar belə. Gəl bu gün görərək baxmağı sına.Gördüyün hər şeyi yenidən kəşf et. İki bulud örtdü deyə günəşi inkar etmə gəl. Düşün bir az... Sən tək deyilsən... Səninlə birgə doğulan, nəfəs almağa səninlə başlayan, həyatının hər anında yanında olan biri var. Sən ağlasan ağlayar, gözlərinizdən yaş bir axar. Gülsən, üzündə güllər açar. Sevincini də, kədərini də ən içdən hiss edən, bir kəlmə danışmasan belə səni anlayan bir varlıq var həyatında və bir gün getmək vaxtı çatdığında gözünü qırpmadan səninlə gələcək, son nəfəsini nəfəsinə qatacaq, o. Kimliyini bilmək istəsən, sadəcə güzgüyə bax. O, sənin "öz"ündür. Gəl özünə dəyər verməyi sına. Həyatı sevməyə özündən başla.

Müəllif : Zümrüd Əliyeva

ŞƏRH YAZIN