Özünə güvənmək üçün 12 qayda

0
9163
Özünə güvənmək üçün 12 qayda

1. Özünüzü başqaları ilə müqayisə etməyin

Müqayisə oyunları apardıqda, çox zaman məğlub tərəf siz olacaqsınız – həmişə sizdən daha yaxşı olan insanlar tapılacaq. Axı bu insan psixologiyasıdır. Heç kəs özündən geridə qalan ilə özünü müqayisə etməz. Özünüz kimi olun.

2. Bəsdir, özünü tənqid etdin!

Bəzi insanların belə bir vərdişi var ki, daima özünü nədəsə günahlandırır- “Bu ancaq mənim başıma gələ bilərdi”, “Elə həmişə mən gecikirəm” və s. Bunun nəticəsində insan özünü mənfi yüklü şəxsiyyət kimi qavrayır. Çalışın ki, daha belə fikirləri dilinizə gətirməyəsiniz. Ümumiyyətlə, bu haqda aha düşünməyin və mümkün qədər özünüzü az tənqid edin.

3. Unudun və bağışlayın

Keçmiş səhvlər haqqında düşünərək, öz vaxt və enerjinizi boşa sərf etməyin. Bu artıq keçmişin bir hissəsidir. Belə fikirlər sizə irəli getməyə mane olur. Biz hamımız səhvə yol veririk, var gücümüzlə bundan yayınmağa çalışsaq da. Bu dünyada çox az şey bizim təsir dairəmizə düşür. Yaxşı olar ki, öz nailiyyətlərinizi daha çox düşünəsiniz.Keçmişi bağışlayın və üzünüzü gələcəyə çevirin.

4. Pozitiv, özünə inanan insanlar ilə ünsiyyət qurun

Özünə inanan insan özünü sevir və öz sevincini ətrafına da yayır, bu onlar üçün dəstək rolunu oynayır. Çalışın ki, hədəfləri olan, optimist əhvallı insanlar ilə özünüzü əhatə edin. Öz ətrafına neqativ yayan insanlar gec-tez sizi də yoluxduracaqlar. Pessimistlik sizi və başladığınız hər şeyi məhv edir. Getdikcə siz də uğursuz birinə çevrilirsiniz.

5. Sevdiyiniz işə qərq olun

Nifrət etdiyin bir işlə məşğul olduqda, özünü xoşbəxt hiss etmək çətindir. Şəxsi ləyaqət hissi məğlub edilməzdi, əgər siz sevdiyniz işlə məşğulsunuzsa, sizdə hər şey əla alınacaq, çünki siz bu işi görməyi sevirsiniz. Əgər işdən çıxmaq istəmirsinizsə, onda heç olmasa boş vaxtınızı sevimli işlərə sərf edin.

6. Özünüzə sədaqətli olun

Öz həyatınızı yaşayın. Başqalarının həyatını yaşamaq, onların sizə sırıdığı ideallara aludə olmaqla, siz heç zaman özünüzə hörmət etməyəcəksiniz. Digərlərindən məsləhət və xeyir-dua gözləməyin, lazım bildiyinizi edin.

7. Əminliklə və qəti danışın

Sözlər böyük gücə malikdir və insanın xarakterini müəyyən etməkdə vacib rol oynayır.Sözlərinizi havayı sərf etməyin, boşuna vəd verməyin, qəfil cavab verməyin, ilişib qalmayın. Sakit və təmkinlə danışın. İnsanlar sizə tamam fərqli yanaşmağa başlayacaq.

8. Öz nailiyyətlərinizin siyahısını tutun

Burada hər şey çox aydındır, sadəcə bir qeydimiz var, çalışın ki, bu siyahı mümkün qədər uzun olsun. Onu çox yaxşı görünən bir yerdə asın.

9. Müsbət keyfiyyətlərinizin siyahısını tutun.

Hər kəsin öz unikal bacarıq və qabiliyyətləri vardır. Dürüstlük, təmənnasızlıq, erudisiya, xeyirxahlıq və s. Bu siyahıya tez-tez nəzər salın, diqqətinizi müsbət tərəfləriniz üzərində cəmləyin.  

10. Zəif tərəflərinizdən öz xeyrinizə yararlanın.

Sizdə olan çatışmazlıqlar və zəif cəhətlərə görə özünüzü çox danlamayın. Bəzilərində vəziyyət sizdən daha betərdir. Təbii ki, zəif cəhətlərinizi qabartmaq və onlara sitayiş də etmək olmaz, lakin siz onları optimallaşdırmağa çalışsanız, onlardan daha rahat qurtula bilərsiniz. Məsələn inadkarlığı –məqsədyönlülüyə, tərsliyi –düzümlülüyə çevirmək olar.

11. Özünüzü yenidən kəşf etdirin

Bəzən sadəcə özünlə yenidən tanış olmaq lazım gəlir. Özünüzü sevin – təbəssümünüzü, xarakterinizi, fərqli və unikal olmağınızı sevin.

12. Əzab çəkməyi tərgidin

Bəzən problem göründüyü qədər də çətin deyil. Sadəcə sizin fikirləriniz onu fəlakət həddinə gətirib çıxarır. Yeni tanışlarınızda yaxşı təəssürat yaratmadığınızı düşünüb, bütün gecəni özünüzə əzab verməyin axı nə mənası var, unudun getsin, heç vecinizə də almayın. Özünüzə istirahət verin, arada “Bəsdir!” deyin.

 

ŞƏRH YAZIN