Pozitiv olmağın yolları

0
5315
Pozitiv olmağın yolları

Pozitiv, optimist, şən və gülərüz insanları hamı sevir. Onlarla hamı dost olmaq, ünsiyət qurmaq, qızlar isə öpüşmək istəyirlər. Pozitiv və uyğun olaraq xoşbəxt olmağın yolları nədir?


İnsanlar az gülür və daha çox fikirli olurlar. Ola bilsin onlar həyatlarından razı deyillər və problemlərlə məşğuldurlar. Ətrafınıza fikir verin. Bu qədər qaşqabaq insanlar hardandır?


Pozitiv olmaq bacarağı – çətinliklərlə gülərək mübarizə aparmaq kimi mükəmməl bacarıqdır. Siz fikir vermisiniz ki, pozitiv insalar hamının xoşuna gəlir? Onlarla hamı deyib gülmək istəyir, yığıncaqların ürəyi də məhz onlar olur. Lakin digər insanlar da var və onlar çoxluq təşkil edirlər. Onlar narazı üzlərlə gəzirlər, gülmürlər və daim kədərlidirlər. Əgər siz özünüzü burada tapdınız isə bu heç də yaxşı əlamət deyil. Pozitiv insanlar ətrafla daha asan dil tapırlar və həyatda daha çox uğurlu olurlar.


Həyatın mənfi tərəflərindən necə azad və pozitiv olmaq olar?


Neqativdə pozitiv

Neqativ fikirləşmək hamı bacarır, lakin neqativdə pozitivi təklər tapa bilir. İtkidə və uğursuzluqlarda müsbət tərəfləri görməyi bacarın. İşdən çıxarılma – yeni sahələrdə özünüzü sınamaq fürsəti. Münasibətlərin dağılması – daha yaxşı qadın ilə münasibət qurmaq imkanıdır. Praktika göstərir ki, bir çox xoş olmayan hallar yaxşılığa doğru olur. Güclü və pozitiv insalar həmişə müsbət tərəfləri tapa bilirlər. Zəiflər isə bu vəziyyətlərin yükü altından əzilirlər. Pozitiv olun!


Neqativ əhvaldan qurtulmaq

Kədər, fikir və problemlərdən necə qurtulmaq olar? Alimlər idmanla məşğul olmağı məsləhət bilirlər. Zamanınızı trenajor zalında və ya ev şəraitində idman edərək keçirin. Bir an bütün neqativ əhvalın itdiyini hiss edəcəksiniz. Bir çox kişi və qadınlar bundan sevgidə uğursuzluq yaşadıqları zaman istifadə edirlər. Bu pozitiv olmağa kömək edir.


Tənqidi düzgün qəbul edin

Tənqid əhvalınızı korlamamalıdır. Əgər tənqid məhsuldardırsa bu zaman o, inkişaf üçün məsləhət kimi qəbul olunmalıdır. Bu həyatda daha uğurlu olmağa və inkişaf etməyə səbəbdir. Lakin neqativ tənqid də olur. Əgər əminsiniz isə bu sadəcə paxıllıqdır, niyə kefinizi pozursunuz? Tənqidi düzgün qəbul edin!


Fasilə verin

Gecənin xeyirindənsə səhərin şəri yaxşıdır! Əgər neqativ və problemlər üzərinizə gəlirsə fasilə verin. Özünüzü dəmir və sınmaz mexanizm hesab etməyin mənası yoxdur. Bərpa olunmaq üçün fasilə lazımdır. Çox vaxt insana sadəcə qısa fasilə lazımdır ki, bütün neqativlərdən azad olsun və pozitivə qayıtsın.


Neqativdən uzaqlaşın

Əgər işlər pis gedirsə – onlarla getməyin! Bəzən həyatınızı yalnız korlayan şeylərdən uzaqlaşmaq olar. Bu sizə sadəcə ağırlıq və kədər gətirən münasibətləri kəsməkdir. Sevmədiyiniz işdən getməkdir. İstəmədiyiniz insanlarla ünsiyət qurmaqdan qaçmaqdır. Kiçik və sizə dar gələn kəndi paytaxta dəyişməkdir. Neqativdən uzaq olun və ətrafda hər şey sizə pozitiv görsənəcək.


Pozitivə köklənin

Əgər ağır zamanlar başlayırsa və problemlər qara duman kimi başınızın üstünə yığışırsa, özünüzü inandırmaq metoduna keçin. Özünüzə aid bütün pozitivləri yada salın: uğurlarınız, naliyyətləriniz, tərifləri. Əgər yaxşı fikir versəniz işlər bir o qədər də pis deyil. Özünə inam uğurun açarıdır. Gülün və özünüzü ruhdan salmayın. Siz pozitiv insansınız!




 

ŞƏRH YAZIN