Varlanmaq istəyənlər oxusunlar!

0
3356
Varlanmaq istəyənlər oxusunlar!

Varlanmaq o qədər asan iş olmasa da, düşündüyümüz qədər çətin deyil. Bir insan necə varlana bilər? Amerikalı yazıçı Stiv Siebold varlanmaq haqqında kitab yazıb. Yazıçı kitabında insanın varlanmağə bacarması üçün lazım olan şərti tapıb. Əgər doğurdan da imkanlı olmaq istəyirsinizsə, ilk olaraq milyonçu kimi düşünməyi öyrənməlisiniz.

1. Varlı və orta təbəqəyə məxsus insanlar arasında ən böyük fərq onların pul haqqındakı düşüncəsidir.

Belə ki, yoxsullar gələcəyi barədə daima narahat olurlar. Bu narahatlıq onların zehnlərinin hər zaman məşğul olmasına yol açır. Bu duyğu onlara pullarını qorumağa və onları toplamağa vadar edir.

Varlılar isə daha asan və azad qərarlar qəbul edirlər. Onlar zehni enerjilərini problemlərini həll etməyə yönəldirlər.

2. Orta yaşayış tərzi olanlar qənaətə, varlılar isə daha çox qazanmağın yollarını öyrənməyə can atır.

İmkansızlar işləməklə varlanacaqlarını düşündükləri halda, varlılar risklərlə zəngin ola bləcəklərinə inanırlar.

3.Kasıblar daim pullarının bitəcəyi qorxusu ilə, varlılar isə daha çox pul qazanmaq yollarını axtarmaqla yaşayırlar. Yoxsullar pula duyğusal, varlılar isə məntiqlə yanaşırlar.

4. Orta təbəqə varlanmağın öz əllərində olmadığını düşündükləri halda, varlılar bu gücün insanın içində var olduğuna inanırlar.

5. Orta təbəqəyə məxsus insanlar düşdükləri çətin vəziyyətdən kiminsə onları xilas etməsini gözləyir. Varlılar isə heç kimin gəlib onları qurtarmayacağını dərk edir və öz işlərini vaxtında həll etməyə çalışırlar.

ŞƏRH YAZIN