Bəs Siz Nə İstədiyinizi Bilirsinizmi?

0
2549
Bəs Siz Nə İstədiyinizi Bilirsinizmi?

Həyatda nə istədiyimizi bilmək çox önəmlidir. Həyatda nə istədiyimizi bildiyimiz zaman, qarşımıza məqsədlər qoyur və bu məqsədləri reallaşdırmağa çalışırıq. Bu zaman özümüzə hörmət edir və özümüzü olduğumuz kimi qəbul edirik. Eyni zamanda, bu zaman biz başqa şəxslərlə səmimi münasibətlər qurmağa və bu münasibətləri qoruyub saxlamağa müvəffəq oluruq.

Biliyinizi artırmaq və özünüzü inkişaf etdirmək istəyirsinizsə, daim qarşınıza məqsədlər qoyun. Heç kəs mükəmməl deyil və buna görə də, biz bacardığımız qədər özümüzü inkişaf etdirmək və həyatdan nəticə çıxarmağa çalışırıq. Fərdi inkişafın ən mühüm müsbət cəhəti ondan ibarətdir ki, insan həyatda təcrübə qazandıqca daha da kamilləşir. Həyat bizə qarşı həmişə ədalətli olmur, amma biz çətinliklərin öhdəsindən necə gəlməyi bilsək, onda yaşamaq da daha asan və mənalı olar.

Həyatda nə istədiyimizi bilmək, bizə kim olduğumuzu və gələcəkdə nə kimi nailiyyətlər əldə etmək istədiyimizi anlamağa da kömək edir. Bu, özümüzü olduğumuz kimi qəbul etməyin və özümüzə hörmət etməyin ilkin şərtidir. 
 
Həyatda qarşımıza məqsədlər qoyub, onlara nail olmağa çalışdıqda, siz həyatınızda müsbət dəyişikliklər etməyə və yaşayışınızı daha da yaxşılaşdırmağa çalışırsınız.
 
Həyatda nə istədiyinizi bilməklə,biz başqaları ilə də sağlam və uzunömürlü münasibətlər qura bilirik. Bu halda, biz onların qüsurlarını və ya fərqli xüsusiyyətlərini tənqid etmək əvəzinə, anlayışla qarşılayır və onları olduqları kimi qəbul edirik.
Əgər nə istədiyinizdən əmin deyilsinizsə, onda qələm və kağız götürün. Qarşınıza qoyduğunuz məqsədləri və onları reallaşdırmaq yollarını qeyd edin. Sizin üçün reallaşması daha vacib olan məqsədləriniz haqqında daha çox düşünün.
 
 
 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN