Superkomyüterlər

0
1783
Superkomyüterlər

İnsanların  həyatında  xüsusi yer  tutmuş  kompyüterlər  demək  olar  ki, artıq hər  bir evdə  var. Bu kompyüterlər   müxtəlif  növlərə  bölünür  ki, bunlar  da  öz  işlənmə  sahələrinə   görə  biri-birindən əsaslı  şəkildə  fərqlənir.Bu  komypüter  növləri  içərisində  ən güclüsü  Superkompyüterlər-dir  ki, bunlar da   daha  çox  NASA  kimi  araşdırma  mərkəzlərində  işlənir. Superkompyüterlər  kompyüter elmi  sahəsində  vacib  rol  oynayır  və  müxtəlif sahələrdə, o  cümlədən  kvant  mexanikası, hava proqnozlarının  verilməsi, iqlim araşdırmaları, neft-qaz  kəşfiyyatı, molekulyar  modelləşdirmə( kimyəvi məsələlərin, bioloji makromolekulların, polimer  və  kristalların  struktur  və  xassələrinin  öyrənilməsi) və  fiziki simulyasiyalarda  (kainatın  erkən  vaxtları, hava və  kosmik  aerodinamika, atom silahlarının partladılması  və  atom  ərintisi  kimi  simulyasiyaları)  olan  intensiv tapşırıqların  həll  olunmasında geniş  miqyasda  istifadə  olunur. Günümüzdə  bu kompüterləri  Cray, IBM  kimi şirkətlər istehsal edir.

Bu  kompyüterlərin  ən  güclüsü  isə  2013-cü  ildə  Çində  istehsal  olunmuş  Tianhe-2 kompyüteridir. Bu   kompyüter  3  milyon  120 min  rama sahib  olub, saniyədə  33.86 katrilyon  işi  görə bilir. Bu  isə güclü saydığımız  firma  kompyüterlərinin  aylar  içərisində  gördüyü  işin  sadəcə  bir  anda  görülməsi deməkdir.

ŞƏRH YAZIN