Dostlarınız Sizi Xoşbəxt Edir

0
926
Dostlarınız Sizi Xoşbəxt Edir

Dostlarımız var.Yanında olduğumuz,hər şeyi bölüşdüyümüz,qazandığımıza sevindiyimiz,"yaxşı ki,varsan" dediyimiz,birlikdə deyib-güldüyümüz,ağladığımız dostlarımız var.Bəs bilirdinizmi, dostluq münasibətləri bizi daha xoşbəxt edir?Bəli,bəli,araşdırmalar nəticəsində məlum olub ki, dostluq münasibətləri sizi daha xoşbəxt bir insana çevirir.Buna görə də yaxşı bir dostunuzun,ya da bir qrup sizi dəstəkləyən dostunuzun olması mütləqdir.Ancaq bütün bunlara baxmayaraq, yaxşı bir dostunun olması çox çətindir.
Yaxşı dost
Nə olursa, olsun sizi dəstəkləyəcək biri;
Sizə həqiqətləri deyəcək və sizi mühakimə etməyəcək biri;
Sizin hisslərinizə ziyan yetirməyəcək biri;
Sizin seçimlərinizdən asılı olmayaraq dəyər verəcək biri;
Sədaqətli biri;
Siz güləndə gülən,ağlayanda ağlaya bilən biri;
Üzünüzü güldürə biləcək biri olmalıdır.

 

Korrektə etdi:Günel İbadova

 

 

ŞƏRH YAZIN