Faydalanacağınız 10 Psixoloji Məsləhət

0
14174
Faydalanacağınız 10 Psixoloji Məsləhət

1.Diqqət yetirin –Hər hansi bir qrup daxilində,toplu gülüş zamanı hər kəs sözü gedən qrupda xoşlandığı və ya özünə doğma bildiyi şəxsə tərəf  baxacaqdır.

2.Əgər kimsə sizə əsəbləşirsə,səs tonunu qaldıraraq sizlə danışırsa və  siz bu müddət ərzində sakitlyinizi qoruya bilirsinizsə,bir müddət sonra həmin şəxs öz hərəktinə görə utanc hissi keçirəcəkdir.

3.Əgər verilmiş suala qarşı tərəf dolayı cavab verirse və cavab sizi qane etmirsə,suali yenidən soruşmağa gərək yoxdur, sadəcə sakit dayanaraq həmin şəxsin gözlərinin içinə  baxın,böyük ehtimal ki,qarşı tərəf sizin cavabdan məmnun qalmadığınızı anlayacaqdir və lazımlı şəklidə sualı cavablandıracaqdır.

4.Üz ifadələri hissləri ifadə etməklə yanaşı, “əks təsir” effekti də yaratmağa qadirdir.Dolayısıilə əgər özünüzü xoşbəxt hiss etmək istəyiriksə,qüssələnmək,kədərlənmək əvəzinə seviməyə və daha çox gülməyə üstünlük verilməlidir və buna cavab olaraq qarşınıza,sizi sevindirəcək bir çox fürsətər yaranacaqdır.

5.Məsləhət olunurki,danışıqlar və yazışmalar zamanı  “mən düşünürəm ki”, “mənə belə gəlir ki” kimi bənzər ifadələrindən istifadə ounmasın.Beləki,bu ifadələr özlüyündə inamsızlığı əks etdiririr.

6.Vacib iş görüşməsindən öncə faydalı olar ki, danişıqları aparacağınız şəxslə sizi bağlayan güclü dostluq əlaqəsini olduğunu təsəvvür edəsəniz.Vəziyyəti necə qəbul edəcəyiniz cox hallarda özümüzdən asıldır.Əgər görüş zamanı sakit,təmkinli,inamlı,davrana bilsəniz böyük ehtimal ki,bu qarşı tərəfədə təsir edəcəkdir və görüş uğurlu nəticələnəcəkdir.

7.Bir kimsəni gördüyünüz zaman,onunla görüşə şad olduğunuz təsuratı yarada bilsəniz,növbəti görüşünüzdə həmin şəxsin siz ilə görüşə sevindiyini müşahidə edə bilərsiniz.

8.Həmsöhbətinizin ayaqlarının duruş vəziyyəti bizə bir çox şeylər söyləyə bilər.Məsələn –ayaqlarnin uc hissəsi sizə tərəf deyildə ,başqa istiqamətdə dayanirsa bu o deməkdir ki,ünsiyyətdə olduğunuz şəxs,söhbəti tezlikə sonlandırmağa can atır.

9.Bir çoxumuz iştirak etəcəyimiz iclasda və ya tədbirdə hər hansı bir şəxs tərəfindən əsaslı tənqidə tutulacağımızı təxmin etmişik.Bu məqamda,iclas və tədbir başlamadan öncə sizi tənqid edəcəyini düşündüyünüz şəxsin yanında əyləşin.Müşahidələr göstərir ki, cox zaman bu yanaşma,tənqit fikrindən uzaqlaşdırır və ya tənqid daha yumuşaq formada dilə gətirilir.

10.Bir çox hallarda insanlar,mükəmməliyi ,sadə özgüvənlə səhv alırlar.Əgər özünə inanan biri obrazı yarada bilsəniz ,bu insanları ətrafinıza toplamaq da əsaslı bir vasitəyə çevrilə bilər.
 
 
Münəvvər Rəhimova 

ŞƏRH YAZIN