Güclü İnsanları Güclü Edən Vərdişlər

0
13563
Güclü İnsanları Güclü Edən Vərdişlər

1. Başqalarının təslim olduğu hallarda güclü insanlar yeni imkanlar axtarır.

2. Güclü insanlar başqalarının uğursuzluq adlandırdığı hadisələri dərs adlandırır.

3. Güclü insanlar yalnız hərtərəfli düşünülmüş qərarlar qəbul edirlər.

4. Başqaları uğurun nə vaxt onların qapısını döyəcəyini gözlədiyi halda, güclü insanlar özləri uğur yollarını tapırlar.

5. Güclü insanların da hamıda olduğu kimi qorxuları var, lakin onlar qorxularının onların həyatını idarə etməsinə imkan vermirlər.

6. Güclü insanlar heç vaxt şikayətlənmirlər.

7. Güclü insanlar günahı heç kəsin boynuna qoymur, hərəkətlərinin məsuliyyətini ləyaqətlə çəkir.

8. Mütləq deyil ki, güclü insanların fantastik istedadı olsun, lakin onlar yaranan imkanlardan maksimum faydalanmağı bacarır.

9. Onlar daima məşğuldurlar, məhsuldardılar və punktualdılar.

10. Güclü insan öz ətrafına həmfikirlərini toplayır. Bu, məqsədə tez çatmaq üçün böyük təkan sayılır.

11. Onlar həyatların görmək istədiyi kimi inkişaf etdirir, bunun üçün çalışır. Yoxsa, əksinə olaraq başqaları kimi həyatına kənardan izləyici kimi yanaşmır.

12. Onlar heç kəsə bənzəməyə çalışmır, özlərini olduğu kimi qəbul edir və sevirlər.

13. Güclü insanlar heç vaxt işləri təxirə salmırlar.

14. Onlar bütün həyatı boyu hər şeydən dərs götürürlər.

15. Onlar optimistdirlər, buna görə də hər bir şeydə fayda görürlər.

16. Əhval-ruhiyyəsindən asılı olmayaraq, onlar etməli olduqları şeyləri edirlər və heçnə buna mane ola bilməz.

17. Onlar riskə getməyi bacarırlar (maliyyə, emosional, professional, psixoloji risk və s.).

18. Onlar problemlərdən qaçmırlar, problemlərlə üz-üzə qalmaqdan qorxmayaraq onları həll etməyə çalışırlar.

19. Onlar xəyal qurub şanslı anları gözləmir, həyatların qururlar.

20. Onlar emosiyaların idarə edir, hisslərinin qulu olmurlar.

21. Güclü insanların yüksək kommunikasiya bacarıqları var.

22. İnsanların əksəriyyəti komfort asılılığında olduğu halda, güclü insanlar anlayırlar ki, çətinliklər olmasa komfort olmaz.

23. Güclü insanlar öz dəyərlərini yaxşı anlayır və onları daimi olaraq qoruyur.

24. Güclü insanlar nizam-intizam və özünə hakim olmanın vacibliyinin fərqindədirlər.

25. Güclü insanlar özlərinə əminliklə deyil, inamla yanaşır.

26. Onlar mehriban və mərhəmətlidirlər. Başqalarına kömək göstərməkdən zövq alırlar.

27. Öz səhvini etiraf etmək və üzr istəmək güclü insanların xüsusiyyətidir.

28. Güclü insanlar istənilən mühitə asanlıqla adaptasiya olurlar.

29. Güclü insanlar asan yollar axtarmırlar, effektiv yollar axtarırlar.

30. Güclü insanlar heç vaxt başladıqları işləri yarımçıq qoymurlar.

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN