Musiqinin insan əhvalına təsiri

0
3305
Musiqinin insan əhvalına təsiri

Musiqi insana həyat enerjisi bəxş edir. İllinoys Universitetinin alimləri belə bir iddia ilə çıxış ediblər.Onlar güman edirlər ki, bəzi bəstələr insana güc verir, zəhmətkeş edir. Misal üçün 'We will rock you' və 'Get ready for this' kimi mahnılar şüuraltı olaraq insanı möhkəmləndirir, motivasiya və ilham verir. Musiqidəki bas səslərin artması və ya gücləndirilməsi özünə əminlik yaradır.

Bir çox insanlar idmanda, məşqlərdə musiqidən istifadə edirlər. Ancaq bu məsələni elm təsdiq edirmi?
 
Məlumata görə yeni təcrübələrin nəticələri təsdiq edib ki, musiqi insanı həvəsləndirə, ilhamlandıra və onlara motivasiya verə bilər. Ancaq bütün musiqilər eyni dərəcədə faydalı deyil. Effektivliyinin artması üçün musiqidə basların miqdarı çox olmalıdır.

Təcrübə nəticəsində məlum olub ki, musiqi imtahana gedən və fiziki ağrılar çəkən insanlara da yardımçı olur.

ŞƏRH YAZIN