Sonra Peşman Olmamaq Üçün...

0
2603
Sonra Peşman Olmamaq Üçün...

Etdiklərimizə görə zamanla peşmançılıq yaşadığımız olur, amma etiraf edək ki, etmədiklərimizə görə də peşman olduğumuz çox olur. Həyat sürətlə axıb gedir. Keçmişi yada saldıqda ən azından "kaş ki" deməmək üçün özünüzə yaxşılıq edib aşağıda sadalananları həyata keçirin.

1. Səyahət edin

Sizə evi xatırladacaq bir şey olmadığını, sizi bağlayan bir adam olmadığını hiss etdiyiniz zaman nə qədər azad, qorxularınızdan uzaq insan olduğunuza inana bilməyəcəksiniz.

2. Fikirləri sizinkindən fərqli olan biri ilə söhbət edin

Yeni insanlarla əlaqə və zaman paylaşmaq hər zaman yaxşı təcrübədir. Kim bilir, bəlkə bu, sizə yaxşı təsir edəcək. Ən azı heç  bir tərzi sizinlə uyğunluq təşkil etməyən, sizdən fərqli dünyagörüşünə sahib olan biriylə söhbət edin.

3. Düşməninizlə barışıb dost olun

Ən yaxşı dost olduğunuz insan əslində elə ən çox xoşunuz gəlməyən insandır. Birini bütün pislikləri və qüsurlarıyla qəbul edib sonra onda yaxşı tərəflərini görmək və yaxşı cəhətlərini axtarmaq aranızda fərqli əlaqənin meydana gəlməsini təmin edir.

Hökmən dost  olmağınıza ehtiyac yoxdur, sadəcə olaraq bağışlayın və ya barışın, düşmən olmayın, aranızda sülh yaradın. Həqiqətən də rahatlayacaqsınız.

4. "Xeyr"  sözünü deyin

Birinə "xeyr" deyib, arxasından bəhanə uydurmadığınız və üzr istəmədiyiniz anlar özünüzü azad  hiss edəcəksiniz. İnsanlara xeyr demək o qədər də çətin iş deyil. Sadəcə "xeyr" deyin.

5. Telefonunuzdan azad olun!

Telefonunuzu evdə qoyub harasa gedin və ya  bir gün ərzində telefonunuzdan uzaq durun. Bu, sizə  çox yaxşı təsir edə bilər. Yeni insanlarla qarşılaşıb, tanış olmağınıza və ya xoş gün keçirməyinizə səbəb ola bilər.

6. Təkbaşınıza gözəl bir məkanda axşam yeməyi yeyin

Telefonunuzu söndürün. Ətrafa göz gəzdirin, yeməyinizlə maraqlanın, özünüzlə maraqlanın. Ətrafdan necə göründüyünüzü fikirləşməyin, yalnızlığınızın keyfini çıxarın.

7. Bir şeylər hazırlayıb satmağa çalışın

Bir şey hazırlamaq sizə bəlkə də asan gələ bilər, amma satmaq çox çətindir. Amma bu, sizi əyləndirə bilər. Satmaq mütləq deyil, sadəcə maraqlı bir şey hazırlamaq elə sizin dünyaya çox fərqli bir pəncərədən baxmağınızı təmin edəcək.

8. Qohumunuzu ziyarət edin

Bu ziyarət sizə sevinc bəxş edə bilər. Bəlkə də heç görmədiyiniz birini görmək  sizi  çox xoşbəxt edəcək.

9. Dilənçiyə, küçədə musiqi çalana və ya nəsə satmaq istəyənə qəpik verin

Bəli, bu qəpiklər asanlıqla qazanılmır. Amma bu pulu verdikdən sonra qarşı tərəfin sevinci və bu qəpiyi verməyinizin qarşılığında deyəcəyi sözlər sizə xoş gələ, hətta rahatlanmağınıza və xoşbəxt olmağınıza səbəb ola bilər.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN