Zehni Yorğunluğu Aradan Qaldırmağın Dadlı Yolları

0
2138
Zehni Yorğunluğu Aradan Qaldırmağın Dadlı Yolları

Ofis işləri fiziki cəhətdən elə də ağır olmasa da, əqli yorğunluq bu cür işlərdə əsas problemlərdən biridir. Günortadan sonra belə işlərdə çalışanların enerjiləri azalır və işin effektivliyi aşağı düşür.

Biz sizə iş prosesində belə hallarla qarşılaşmamaq üşün bir sıra önəmli məsləhətlər təqdim edirik:

- Hər gün bir dilim qara şokolad həm şirniyyat təlabatınızı ödəyəcək, həm də beyninizi işlədəcək.

- Kakaonun içindəki maddələr qan dövranını gücləndirəcək. Nəticədə, daha diqqətli işləməyə imkan yaranacaq.

- Yemək rasionunuza 2 portağal və naringi əlavə etmək olar. C vitamini orqanizmi canlandıracaq.

- Portağalı soymağa həvəsiniz yoxdursa, təzə şirə içə bilərsiniz.

- İş zamanı su içmək unudulur. Bundan isə ən çox beyin zərər çəkir. Az su içmək diqqət çatışmazlığına və yaddaşın itirilməsinə səbəb ola bilər.

- Səhərlər içilən qəhvə diqqəti artırır.

- Çay və qəhvə içmək istəmirsinizsə, onları yaşıl çay ilə əvəz edin.

- Gündə bir ovuc badam aclığı azaldır. Mükəmməl E vitamini və lif qaynağıdır. Enerji verir və diqqəti artırır.

- Bir fincan qəhvə ilə bir neçə xurma enerjinizi təmin edəcək. Xurma yaddaşı gücləndirir, kalsium, potaş, dəmir, B vitamini sayəsində orqanizmi canlandırır.

- Alma mükəmməl vitamin qaynağıdır. Bu meyvəni qabığı ilə birlikdə yeyin. Onun tərkibindəki maddələr sümükləri gücləndirir, sinir sistemini möhkəmləndirir.

- Gün ərzində bir neçə qoz yeyin. Qoz Omega 3 sayəsində beyni qidalandırır və depressiya ilə mübarizə aparır.

- Bir ovuc fındıq zehni yorğunluğu azaldır. 

 

ŞƏRH YAZIN