Reiki İlə Şüuraltının Təmizlənməsi

0
2807
Reiki İlə Şüuraltının Təmizlənməsi

Ümumiyyətlə,yaşadığımız fziki narahatlıqların səbəbi, zehnimizdə olan problemlərdən qaynaqlanır. Yəni problemlər zehnimizdə olan qəliblərdən qaynaqlanır. Ancaq bu qəliblərdən təmizlənsək, zehnimiz təmizlənər və əsl istədiyimiz həyatı yaşamağa başlayarıq.
 
Şüuraltı təmizliyin məqsədi də zehni blokların fərqində olmaq və onları təmizləməkdir. Meditasiya və enerji terapiyalarının məqsədi— şüuraltını təmizləməkdir. 
 
Şüuraltı, insanların mənəvi, ruhi, zehni, fiziki və emosional sağlamlığına əhəmiyyətli ölçüdə təsir edir və bu təsir danılmazdır. Şüuraltımızda əkdiyimiz toxumların meydana gətirdiyi proqram, iradəmiz və düşüncələrimiz arasında qarşıdurmalar yaradır və biz də bu qarşıdurmaların yaratdığı problemləri yaşamağa məcbur oluruq,daha sonra isə bunları qismət, şanssızlıq adlandırarıq. Bədbəxtlik və müvəffəqiyyətsizliklərimizin səbəbini başqa yerlərdə axtarıb, səbəbin bizim beyin xəritəmizdən qaynaqlandığını heç düşünmərik. Hədəflərimizi reallaşdırmaq o zaman mümkün olar ki, biz şüuraltımızı təmizləyək. 
 
Daxili inanc bizim xarakterimizdən və ailəmizdən gələn mənfi qəliblərdən ibarətdir. Əslində, bu həyatda bir problem vardır. O da özümüz olmamağımızdır. Özümüz olmamağımıza nəyin mane olduğunu tapdıqda, bu həyatda çox böyük yol qət etmiş olarıq. Əgər bu problemi aradan qaldırmasaq, həmişə eyni narahatçılıqları yaşayarıq.    
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN