Sevgin Daha Güclüdür Yoxsa ... ?

0
1857
Sevgin Daha Güclüdür Yoxsa ... ?

Günlərin bir günü mağazaların birində bir satıcı baş satıcıya yaxınlaşaraq deyir:

– Əgər mənim bir müştəridən xoşum gəlmirsə, nə etməliyəm?

Baş satıcı:

– Xoşuna gəlmir?

Satıcı:

– Bəli. Axı bəzən belə olur, hər hansısa insan səndə mənfi emosiyalar yaradır. Öz xarici görünüşü, geyim tərzi, davranışı ilə  və s.

Baş satıcı:

– Maraqlıdır. Bəs görəsən həmin müştərinin pulu var?

Satıcı:

– Yəqin ki… yəni… əlbətdə müştərinin pulu olur.

Baş satıcı:

– Bəs elə olur ki, sənin pullardan xoşun gəlmir?

Satıcı təəccüblənərək deyir:

– Pullardan? Xeyr. Mənim pullardan çox xoşum gəlir.

Baş satıcı dəqiqləşdirərək:

– Yəni sən pulları sevirsən?

Satıcı:

– Bəli, belə demək olar.

Qəfildən satıcı baş satıcının nə demək istədiyini anlayır və gülümsəyir.

Baş satıcı:

– Hər dəfə hər hansısa müştəridən xoşun gəlməyəndə bir qərar ver: sənin pullara olan sevgin daha güclüdür, yoxsa müştəriyə qarşı olan antipatiyan.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN