Peşəkar satış keyfiyyətləri üçün 10 Qızıl qayda!

0
1435
Peşəkar satış keyfiyyətləri üçün 10 Qızıl qayda!

Hansı sahədə fəaliyyətinizdən asılı olmayaraq istər maliyyə, marketinq və ya tikinti. Bütün növ satışlarda istifadə olunan başlıca satış texnikaları mövcuddur.

1. Hazırlıq

Potensial müştəri ilə görüşə getməzdən əvvəl əmin olmağınız gərəkən bəzi nüanslar var. Potensial müştərinin biznesi, fəaliyyət sahəsi, və onun bazardakı rəqibləri haqqında qısa və dolğun məlumatlar əldə edin. Həmçinin görüşəcəyiniz adam haqqında da məlumatlı olmaq sizin satış zamanı əlinizi gücləndirəcək amillərdən biridir.

2. Şəxsi keyfiyyətlər

Professional biznes görüşləri etmək bəziləri üçün asan olsada, digərləri üçün daha çətin gələ bilər. Yadda saxlanmalı olan ən mühüm məqam sizin bu görüşdə öz şirkətinizi təmsil etməyinizdir. Bunun üçün siz görüşə getməzdən öncə özünüzdə bəzi vərdişləri inkişaf etdirməlisiniz. Bura xüsusilə sual vermək və dinləmək bacarıqları,həmçinin lazım gəldikdə tənqid etmək və öymək kimi digər xüsusiyyətlər daxildir.

3. İlk təəssürat

Əgər bu görüş sizin müştəri ilə ilk görüşünüzdürsə bu zaman ona xüsusi diqqət yetirmək lazımdır. Çünki, araşdırmalara görə görüşün ilk 15 saniyəsində alınan təəssürat çox vacib və yadda qalandır. Özünüzü rahat hiss etmək üçün ilk əvvəl rahat görünmək şərtdir. Bunun üçünsə geyim ən vacib faktorlardan biridir. Görüşə uyğun,təmiz və şık geyinməyə üstünlük verin. İlk görüşdə jeans və idman ayaqqabı geyinməkdən qaçının.

4. Davamlı partnerlik inşa etmək

Potensial müştəriyə bir dəfəlik satış etməkdən daha vacib nüanslar var. İlk satışdan sonra yaranan münasibəti qorumaq üçün ən başlıcası müştərini dinləyib onun biznes ehtiyaclarını başa düşməkdir. Bir dəfə düzgün təməl üzərində və etibarlı qurulan tərəfdaşlıq bu adamı sizin daimi müştərinizə çevirəcəyinə əmin ola bilərsiniz

5. Münasibətlər qurarkən

Müştəri ilə münasibət qurduqda ən vacib məqamlardan biri, əlaqələri mütəmmadi şəkildə saxlamaqdır. İstər siz tərəfdən istərsədə onlar tərəfdən. İnamlarını qazanın. Bilsinlər ki, hər zaman sizi tapa bilərlər. Telefon zənglərini cavabsız buraxmayın, email-lərə mümkün qədər tez dönün. - Yadda saxlayın siz itirsəz başqası tapacaq.

6. Müştərinizə qulaq asın

Sizin müştəriniz hal-hazırda yaşadığı çətinlikdən sizə danışa bilər və bu çətinliyin açarı sizdə ola bilər. Əmin olduğunuz professional məsləhətlər verməkdən çəkinməyin. Siz onların çətinliklərini çözməkdə özünüzü əmin hiss etməlisiniz. - Müştərinin çətinliyini axtarın. Öyrənin nədir sıxıntıları?

7. “Fayda” satın

Malınızın və xidmətinizin faydasını satın. Elə edinki insanlar sizin satdığınız malın səmərəsini görsünlər, hiss etsinlər. Sizin verdiyiniz fayda onnarın həyatını asanlaşdırmalıdır. Yalnız bu zaman hər iki tərəf bu satış prossesindən həzz ala bilər. ya Sell the benefits of your product or service. Remember that your product or service is benefiting their business needs. You are helping them gain a flexible work schedule to make their work life a little easier on them. - Malınızın “Faydasın” bilin!

8. Satmağa Tələsmiyin!

Heç vaxt müştərinizə imkan verməyin ki, onu tələsdirdiyinizi hiss etsin! Bu çox önəmlidir, özəlliklədə siz hələ yeni münasibətlər qurduğunuz zaman. Nə qədər ki, müştəri durumu idarə etdiyini düşünür siz onu itirməyəcəksiniz.

9. Vəd verdizsə, üstündə durmalısınız.

Əmin olmasanız vəd vermiyin. Son tarixlər mövcuddursa bir gün əvvəldən çalışın müştəriyə çatdırasınız. Əgər gecikirsinizsə özünüz şəxsən birbaşa müştəri ilə əlaqə saxlıyın və bu barədə bildirin.


10. Yadda Qalsın “Siz Peşəkarsınız!”

Özünüz peşəkar olun, məhsul haqda və həmin sahə barədə hərşeyi bilin. Özünüzdən əmin olun və elə edin ki, müştəriniz sizə güvənsin. Həmin sahə ilə əlaqədar məsləhət dalıyca yalnız sizə müraciət etsin. Hər zaman dürüst məsləhətlər verin. Sizin məhsula əks getsə belə. - İnam qazanmaq daha vacibdir.

 

ŞƏRH YAZIN