Şəxsi biznesə başlamaq istəyənlər üçün 9 məsləhət

0
1820
Şəxsi biznesə başlamaq istəyənlər üçün 9 məsləhət

Şəxsi biznesə başlamaq üçün istəmək kifayət deyil. Müəyyən “oyun qaydalarını” bilmək lazımdır. Sizlərə bu yolda verəcəyimiz 9 məsləhəti nəzərə alın.

Özünüzü dəyişməyə hazırsınız?

1. İdeyalarınız ilə bölüşməkdən qorxmayın
Hamı bilir ki, iş adamları olduqca şübhə edən insanlardır. Onlar düşünür ki, onların ideyasını mütləq kimsə oğurlayacaq. Lakin əgər siz çətin bir ideya işləsəniz onu heç kim oğurlamayacaq və siz rahatlıqla bu ideya ətrafına lazımi insanları yığa biləcəksiniz. Əsas ideyanın özü yox, məhz onun yerinə yetirilmə üsullarıdır.

2. Məsləhətlərə əhəmiyyət verməyin
Startap buraxan insanların sayı bunu etmək istəkləri olanlardan qat-qat azdır. Səbəb ondadır ki, dostlar və qohumlar arasında həmişə biri tapılacaq ki, sizi ruhdan salsın və yolunuzdan döndərsin. Sizdən yaxşı heç kim vəziyyətə hakim deyil və risk edin. Ürəyinizin səsinə qulaq asın və tezliklə uğur sizinlə olacaq.

3. Çıxış vaxtını uzatmayın
Layihənin son bitirmə vaxtı həmişə stimullaşdırcı amil olub. Vaxtı uzatdıqca həmişə 1000 səbəb tapılacaq ki, biraz da uzadasınız. Birdən-birə ideal bir şey yaratmaq mümkün deyil. Siz işə başlayın və zamanla hər bir şeyə düzəliş verə biləcəksiniz.

4. Biznes şərikləri seçimində həssas olun
Öz şəriklərinizi yoldaşınız kimi seçin. Bu insanlarla ilk günlərdə ailənizdən çox vaxt keçirəcəksiniz. Şəriklərinizi seçərkən onların ixtisaslı kadr olmaqları ilə yanaşı, sizinlə psixoloji olaraq nə qədər yaxın olduqlarına da nəzər yetirin. Belə ki, bir çox gənc şəriklər məhz şəxsi münaqişələr səbəbi ilə ayrılırlar. Bu işdə hər kəs 100% “can qoymalıdır”.

5. İşinizi ürəkdən sevin
Əgər insan bütün beyni və ürəyi ilə işinin içindədirsə, biznesdə onu mütləq uğur gözləyir. Bu xüsusiyyət sizlərə çətin anlarda ayaq üstündə qalmağa kömək olacaq. Shazam layihəsinin yaradıcısı Kris Barton deyib: “İnad – uğurlu biznesin əsas hissəsidir. Əgər siz mümkünsüzü etməyə hazır deyilsinizsə, sizlərin uğur qazanmaq imkanınız sıfıra bərabərdir”.

6. Pul haqqında az düşünün
Bütün uğurlu biznesmenlər işə başlayarkən pul haqqında düşünməmişdirlər. Siz şirkətinizdə xoşbəxt və uzun müddət çalışmaq arzusunda olmalısınız. Pul özü sizi gəlib tapacaq.

7. Kadrları “ən ağıllısı” prinsipi ilə seçməyin
Kadr seçimi – çətin, uzun və vacib məsələlərdən biridir. Sizə işinizdə həmfikirlər lazımdır ki, yeri gələndə səhərə qədər sizinlə çiyin-çiyinə çalışa bilsinlər. Qırmızı diplom həmişə fayda vermir, insanın öz xarizması da olmalıdır. Zamanla da siz həmfikirlərinizi dəyərləndirə biləcəksiniz.

8. Unutmayın, əvəzolunmaz insan yoxdur
Öz işinizi xırdalığına qədər bilməlisiniz. Bu halda sizi hər hansı bir əməkdaşın qəflətən işdən çıxmaq arzusu panikaya salmayacaqdır. Biznes qurarkən bütün işlərlə daim maraqlanın və yerinə yetirilməsində iştirak edin. Məhz belə siz nəyi, necə etməli olduğunuzu biləcəksiniz.

9. Səhv etməkdən qorxmayın
İnsan ideal deyil və səhvlərdən sığortalanmamışdır. İdeyanı həyata keçirib səhv buraxmaq yaxşıdır yoxsa sizin ideyanızın kiminsə tərəfindən reallaşdırılması? Seçim sizindir.
 

ŞƏRH YAZIN