Qeyri-Adi Uğur Hekayəsi Temple Grandin

0
1272
 Qeyri-Adi Uğur Hekayəsi Temple Grandin

Temple Grandin, ABŞ-dakı bütün heyvandarlıq fermalarının üçdə birinin dizaynımı qurmuş, istedadlı bir alimdir. Bundan başqa autizm sahəsində dünya səviyyəli fərqindəlik yaratmaq məsələsində də olduqca iddialıdır. Çünki Temple Grandin  autizmli, biz digərlərinin başa düşməyəcəyi bir şəkildə düşünür, hiss edir və yaşayır.

Grandin hündür boylu, əsmər, oğlan kimi geyinən bir qadındır. İndi 64 yaşındadır. Heç vaxt evlənməyib və uşağı da yoxdur. ABŞ-n Colorado Dövlət Universitetində professordur. 

Heyvanlar mövzusunda peşəkar bir baytar, bir yazıçı və ixtiraçıdır. Lakin bugünlərə asan gəlməyib, çünki o bir autistdir. 3 yaşında ona autizm diaqnozu qoyuldu. Həkimi Temple`i autizm sahəsində peşəkar təhsil verən bir məktəb əvəzinə, nitq terapiyası verilən yaşıdlarının getdiyi bir bağçaya istiqamətləndirdi.

Temple 4 yaşında danışmağa başladı. Ailəsi onun "fərqli" təhsil almasını istəmədi. Temple, onu həm xəstə, həm də xüsusiləşdirən  xüsusiyyətləri səbəbilə ona lağ edilən bir məktəbdə oxudu. Yay aylarını xalasının fermasında keçirən Temple, böyük başlı heyvanlarla hər zaman daha yaxından maraqlanırdı.

Onun vizual zəkası, fərqli xüsusiyyətləri və heyvanlara marağını görən litseydəki müəllimi sayəsində bacarıqlarının üzərinə getdi.

Xalasının fermasında iynə vurulacaq olan mal-qaraları  sakitləşdirmək üçün " sıxışdırma maşınından istifadə edildiyini" görən Temple Grandin, 18 yaşında autistlər üçün sakitləşdirici,onları sığortalanmış hiss etdirən " qucaqlama maşını" icad etdi. İnsanlarla çətinliklə ünsiyyət qursa da psixologiya və heyvan davranışları üzrə magistr və doktorantura təhsili aldı. 80-ci illərdə autizm haqqında çıxışlar etməyə başladı. Autist uşaqların valideynləri ilk dəfə "bu qədər dərin məlumatlara sahib olur", övladlarının nəyi niyə etdiyini başa düşməyə başlayırdılar. Temple əks tərəfdən gələn səs idi. 1995-ci ildə  çap olunan "Marsdakı Antropoloq" adlı bir kitabı və vasitə ilə onunla maraqlanan Time, People, Forbes kimi jurnallar, New York Times kimi qəzetlər sayəsində hekayəsi milyonlarla insan tərəfindən öyrənildi.

2010-cu ildə Grandin, "Time" jurnalının "Ən Yaxşı 100 adamı"ndan biri seçildi. 

Grandin, "mal-qaranı başa düşmək üçün onlar kimi düşünmək lamın olduğunu" fikirləşir, heyvanların rifahı üçün yaşayır. Sosiallaşmağı sıxıcı görür, hal-hazırda belə saç qurutma feni və ya bir motosikletin səsindən narahatlıq keçirir. Televizor izləmir, duyğusal əlaqələri başa düşmür. Amma yaşadığı hər cür çətinliyə rəğmən autizmin aradan qaldırlması istiqamətindəki işləri dəstəklənmir; çünkü o nevro müxtəlifliliyi müdafiə edir. 

Temple Grandin tamailə bir mühəndis, elm adamıdır. Həyatı boyunca davamlı olaraq nələrsə icad edir. Bunlardan biri də qucaqlama maşınıdır. İnsanların onu qucaqlaması daha çox xəbərdarlıqçı olduğu üçün buna dözə bilmirmiş ya da səslər çox yüksək eşidilirmiş, bu cür vəziyyətlərdə panik atak  keçirə bilirmiş. Heyvanların bu cür vəziyyətlərdə bədənlərinin sıxışdırıldığı bir alətə qoyulduğunu görmüş. Eyni sıxışdırma alətinə özü də girmiş və çox sakitləşdiyini müşahidə etmişdir. Və oxşar şəkildə bir alət ixtira etmişdir. İndi isə bu alət bir çox autist uşaq üzərində istifadə edilir.

HBO film, fərq yaradan çalışmalarından sonra Temple Grandinin həyatını film olaraq ekranlara daşıdı. "Temple Grandin" filmi 62-ci Emmy mükafatlarında Ən Yaxşı Televizoya Filmi, Ən yaxşı Qadın Aktirisa (Clarie Danes), Ən Yaxşı Rejissor (Mick Jackson), Ən Yaxşı Köməkçi Qadın Aktrisa (Julia Ormond) və Yaxşı Köməkçi Kişi Aktyor (David Strathairn) başda olmaqla ümumilikdə 7 mükafat aldı.


Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN