Hər Kəs Ata-Oğul Deyil; Başqa Yolları Da Var

0
1807
Hər Kəs Ata-Oğul Deyil; Başqa Yolları Da Var

Keçdiyimiz aylarda bir şirkəti ziyarət etdim. Şirkət qida sahəsində xüsusi bir məhsul ixrac edir və bu sahədə ikinci, böyüməyə davam edən, potensialı yüksək bir şirkət idi. İdarəçi ilə yeni tanış olduğumdan bir tərəfdən də bir az beyin xəritəsini öyrənməyə çalışıram əlbəttə. Nəysə onunla yeni inşa edilən inzibati ofisləri gəzirdik.

Birdən seminar salonunun divarında tikinti layihəsi rəsmini gördüm Təbii dərhal içimdən "vay olsun, atın məni dənizlərə, yalan dünya sizə qalsın" rejiminə doğru irəliləyərkən səsimdəki titrəməyi müəyyən etməməyə çalışaraq "Mülk işinəmi girirsiz?" Deyə ağzımdan sözlər çıxdı. O isə təmkinlə" xeyr, işçilərimizin  hamısı kirayə yaşayır, qazancım da pis deyil, hazır işlərimiz yaxşıykən onlara bir ev tikək kirayə kimi ödəsinlər deyə düşündük" dedi.
 
Müdir baxımından fövqəladə səhv etdiyini düşünüb daha bunun şokundan çıxmamış yeni təşkil etdiyi cənnət guşələrindən bir olan bağçanı gəzdirməyə başladı. Bağçanın içində də iki kiçik  təsis tərzi tənzimləmə vardı. Nədir bunlar deməyə fürsət tapmadan "işdə bu iki istirahət sahəsini da plana əlavə etdik, bu an bir dənəsini yetişdirdik, çox gözəl bir atmosfer və istirahət sahəsi oldu, içəridə rahat bir mühitdə  yemək təqdimatı edilir" dedi. Mən içimdən "eh əlbəttə hörmətli müştərilər üçündür, işçilərin nə həddinə biri buraya girə bilsin" deməyə qalmadan "Bunu işçilərinin günorta arası və istirahət saatlarında, istəsələr həftə sonu ailələriylə istifadə edir. Qonaqlarım üçün olanı isə daha sonra tamamlayaram deyə düşündük "dəyincə iş adamına istəksiz bir şəkildə"
 
Fəxri həkimə getmək istəyərsən? deyə sormuşdum.
 
Fəxrini həkimə aparmaq deyil də, heykəlin ucaltsaq yeridir.Onun kimi işçilərinə,insanlara bu qədər qayğı göstərən biri üçün dəyər məncə....
 
Tərcümə edən: Bəsti Mehraliyeva
 

ŞƏRH YAZIN