İlk Qaradərili Milyarderin Uğur Hekayəsi...

0
2206
İlk Qaradərili Milyarderin Uğur Hekayəsi...

Hər şey səninlə başlayır! İnsanın gücü içindən gəlir!” – deyir Opra Vinfri.

O, ABŞ televiziya tarixinin ən çox izlənən talk şou proqramlarından biri olan və öz adıyla adlandırılan “Opra Vinfri Şou”sunun aparıcısı olan sənətçidir.

Çox sayda Emmy mükafatına layiq görülən sənətçi aparıcılıqla yanaşı bir sıra kitabların tənqidi ilə məşğul olması, Oskar mükafatına namizəd göstərilməsi və tirajı yüksək bir jurnalın naşiri kimi tanınıb. Forbes jurnalına görə Opra Vinfri Maykl Ceksondan sonra dünyadakı tək qaradərili milyarderdir.

O, şanssız doğulanlardandı. Anası xidmətçi, anası mədənçi olan çox yoxsul bir ailədə dünyaya göz açıb. Evli olmayan ana və atası o doğulduqdan sonra ayrılıb. Anasının yanında yoxsulluq içində böyüyən Opra yaşadığı problemlərə görə bir neçə dəfə evdən qaçdığı üçün anası onu atasının yanına göndərib. Təqaüdlü olaraq universitetdə oxuyarkən bir tərəfdən də yerli radio kanallarında işə başlayıb. Ağ kişilərin suveren olduğu bir sahədə cüssəli bir zənci qadın olan Opraya heç kimsə şans vermək istəməyib. Lakin o, buz qıran gəmi kimi irəliləyib. Onlarla önfikiri məhv edib. Özünü isbat etməsi isə, nə az nə çox, düz 10 ilini alıb. Yerli bir kanalda müxbir kimi işə başlayıb və addım-addım yüksəlib. İllər sonra ölkə səviyyəsində yayımlanan “Opra Vinfri Şousu”sunu təqdim etməyə başlayıb. Böyük səs gətirən proqram sayəsində bir çox mükafat qazanıb, ilk dollar milyarderi qaradərili qadın olub.

O, qazanıb- itirərək irəliləyib. Onun müvəffəqiyyətindən çıxacaq dərs budur: İnsanın gücü içindən gəlir. Hər qazananda bir şeylər itirərsən, hər itirdiyində bir şey qazanarsan.  İdealın yüksəlmək, irəli getmək olsun. 

Korrektor redaktor: Salmanlı Ayna

ŞƏRH YAZIN