Təhsilə Həsr Olunmuş Bir Ömür

0
1532
Təhsilə Həsr Olunmuş Bir Ömür

Mühəndislik təhsili alaraq təhsil həyatına addım atdı. Bir kollecdə başlayan təhsil həyatını 70 yaşından sonra universitet quraraq davam etdirdi. "Çox gecdir" anlayışına həyatında yer vermədi, ilham verici bir həyat hekayəsinə imza atdı. Bu hekayə "təhsilə həsr olunmuş bir ömrün" dönüş nöqtələrindən bəhs edir. Özünü təhsilə həsr etmiş bir mühəndis Fahametdin Akıngüçün həyat hekayəsidən, işlədiyimiz sahədən aslı olmayaraq hamımızın çıxaracağımız dərslər var. Bəzi insanlar var ki, onları tanımış olmaq bizim üçün fəxr hissidir.

Təhsil sahəsində nümunə adlardan olan Fahametdin Akıngüç də intellektual potensialı, həyat fəlsəfəsi, dürüstlüyü, səmimiliyi özündə birləşdirir. Səmimi, xoş danışığı ilə insanları dərhal özünə valeh edir. Fahametdin Akıngüçün yaratdığı Mədəniyyət Kolleci təhsilə yeni bir anlayış və nəfəs gətirdi. Onsuz da bütün həyatına baxdığımız zaman gözəl şəxsiyyətinin, etdiyi bütün iş sahələrinə təsiri olduğunu görürük. Buna görə də Noyabr ayında çapdan çıxan "Fahametdin Akıngüç - Özünü Təhsilə Həsr etmiş Bir Mühəndis" kitabında keçmişdən bu günə qədər dostlarının və öz xatirələrinin əks olunduğu həyatı bir roman kimi tanınır. Yetmiş yaşına catarkən universitet yaratmağa qərar verəndə "Bu yaşdan sonra universitetmi qurular, nə edəcəksən bundan sonra işi, get bağ evinə həyatın dadını çıxar" deyən yoldaşlarına inad Mədəniyyət Universitetinin girişinə iki zeytun ağacı əkdi və yanında Nazim Hikmətin o möhtəşəm "Yaşama Dair" şeirini yazması əslində həyat fəlsəfəsinin zirvəsi oldu.

"Yetmiş yaş ölümü xatırladır. Bu gün səksən yaşımın sonuna doğru gedirəm, ölümü çox xatırlamaq istəmirəm. Ölməkdən təbii ki qorxuram. Ölməkdən qorxduğum halda, ölümə inanmadığım üçün yaşamaq daha ağır olduğundan bunları edirəm. Məhz buna görə zeytun ağaclarıni əkdim".

Fahametdin Akıngüçün on il əvvəl dediyi bu sözlər qırx yaşından etibarən təqaüdə çıxıb qaçmaq istəyirəm deyənlərə dərs olsun, olmalıdır. On il əvvəl universitetdəki otağına iki zeytun ağacının arasından keçərək gedirdi. Bir gün həmin yolla onu ziyarət etdim. Həmin vaxt mənə keçmiş günlərdə oxuduğu "xaos" məsələsindən kiçik bir dərs vermişdi. Oxumağım üçün bir neçə kitab da təklif etmişdi.

TƏHSİL ANLAYIŞI

Fahmetdin müəllimin kitabında yer alan təhsil sistemimizin tənqidi mümkün deyil: "Sözlərin poetikasını pozan qrammatika dərsləri, şişirtmə həqiqətdən uzaq tarix dərsləri, əzbərlənmiş dərslər, tamamlanmamış tapşırıqlar, lövhəyə qalxmaq qorxusu..... Sadə bir məsələni niyə bu qədər mürəkkəb hala gətiririk? Sinifdə şagird olaraq özümü yaxşı hiss etməyim lazımdırmı? Niyə qorxuram?

Həyatının 90 ilinin 75-ni sinif otağında mütaliyə edərək,bir sözlə təhsillə həsr olundu. Belə bir  həyatda ailə və uşaqlara ayrılan zaman azalar deyə düşünmək olar, amma həyatdan ləzzət almağı sevən, əyləncə sevən Akıngüç bu tarazlığı də yaxşı qorumuşdur. Kitabdakı "Və evlilik" hissəsində bir film kimi danışdığı, 1957-ci ildə həyat yoldaşı Gül Xanımla getdikləri bal ayı macərası da unudulmazdır.

Mühəndislik təhsili

Fahmedtdin Akınçıgüc İstanbullu bir ailənin oğludur. Atası Xəlil Akıngüc birinci dünya müharibəsi illərində dövlət hesabına Almaniyada elektrik mühəndisliyi təhsili aldı. Fahametdin Akıngüç atasının Heydərpaşa Vağzalında işlədiyi illərdə dünyaya gəlir. Sonra ailəsi və işinə görə Eskişəhərə köçür. Atası Dəmir Yolu Məktəbinə müəllim təyin edilir.

Sonra məktəb bağlananda bir müddət liseydə müəllimlik edir və xüsusi dərs verməyə başlayır. Və sonra Türkiyənin ilk özəl dərs evini açır və uzaqdan mühəndislik təhsili sisteminin nümayəndəsi olur. Fahametdin Akıngüç İDİ-nin Mühəndislik fakultəsinə daxil olduqdan sonra ailəsi yenidən İstanbula köçür. İstanbulda atası öz işinə davam edirlər.

Fahametdin Akıngüçün həyatı da maraqlı bir şəkildə atasının həyatına bənzəyir. O da əvvəl inşaat mühəndisliyi ixtisasını həm universitetdə,həm də başqa yerlərdə işləyərək davam etdirir. 1960-dən etibarən isə pedaqogika yeganə işi olur. Mədəniyyət Kolleci, Nəşriyyat, Mədəniyyət 2000, Mədəniyyət Fənn Liseyi və Mədəniyyət Universiteti deyərkən aradan təhsillə həsr olunan 65 il ötür.

Fahametdin bəy son 35 ildir bu yolda tək deyil böyük qızı Yasəmən Akıngüç Över, ortancıl qızı Lalə Akıngüç Sevgen və kiçik qızı Bahar Akıngüç Günver təhsillərini sahib olacaqları vəzifələrə uyğun bir şəkildə tamamlayıblar.

Bu gün hamısı ailənin olan təhsil müəssisələrinin bir hissəsidir.İstanbul Mədəniyyət Təhsil Müəssisələri və İKÜ-nün əsas heyəti və idarə heyətinin üzvləri olaraq vəzifələrini icra edirlər.

 Ümid edirik ki, bu ənənə və quruluş nəsillər boyu inkişaf edərək öz yolunu davam etdirər. Belə etika sahibi qabaqcıl adlara və təhsil müəssələrinə çox ehtiyacımız var.

Növbəti ildə 90 yaşına keçməyə hazırlaşan Fahmetdin Akıngücə həyat enerjisinin bitmədiyi xoşbəxt bir ömür arzu edirik...

 

Tərcümə edən: Bəsti Mehralıyeva

 

ŞƏRH YAZIN