Verə Bildiyinin Ən Yaxşısını Verən, Ala Biləcəyinin Ən Yaxşısını Alar

0
983
Verə Bildiyinin Ən Yaxşısını Verən, Ala Biləcəyinin Ən Yaxşısını Alar

Oprah Vinfreyinin sevdiyim bir sözü var, hazırda bunu söyləmənin tam zamanı; "Başıma gələn hər hadisənin, sevgini qorxuya seçim etməm üçün bir fürsət olaraq yaradıldığına inanıram ..."

Bəli yəni çox gözəl və olduqca müvəffəqiyyətli Gamze Alpar haqqında bir roman yazmaq mümkün ancaq ilk əvvəl digər yaraşıqlı gəncdən bəhs etmək istəyirəm çünki Ayberk Aksu'yu tanımağnızı çox istəyirəm ... O hələ 14 yaşındaykən  bir autizmli olduğunu söyləsəm hərhalda ilk olaraq mənə inanmayanlar çıxa bilər. Ancaq Ayberkin həm autizm ilə əlaqədar ədəbiyyatları həm də bu məşhur pis ögey ana imicini alt-üst edən cüt tərəfli hekayəsi, autizimli və digər maneəli fərdlər üçün bir işıq, sağlam fərdlər içində Rəbbimin "xəyal et, inan, səy göstər, SEV və sonunda nail ol" mesajı baxımından çox qiymətli ... Uşaq ikən autizm diaqnozu qoyulan və bu şəkildə olduqca mükəmməl  təhsillər almasına baxmayaraq yetkinlik çağına qədər olduqca problemli və aqressiv bir uşaq olaraq gəlmiş Ayberk Aksu 3 il əvvəl sevimli ata, gözəllər gözəli Naciyə xanım ilə tanış olub həyatını birləşdirincə  ögey ana kimi tanış olduğu Naciyə xanımın yaydığı şərtsiz sevgi enerjisinin içərisinə girir.
 
Danışa bilməz, qəbul edə, anlaya bilməz deyə tibbi hesabatları olan ağır autizmli Ayberk, (ögey) anasının böyük İNANCI sayəsində tam 2 ay içərisində 13 illik keçmişini geridə buraxıb yeni bir həyata keçir. Çox inanc və güclü sevgi ilə gecə-gündüz çalışaraq Ayberklə mənə görə eyni tezliyə girməyi bacara bilən Naciyə Aksu sayəsində Ayberk hazırda insanın ağlının ala bilmədiyi həyat yaşayır. Naciyə xanım nə psixoloq, nə həkim, nə autizm sahəsində bir mütəxəssis. O yalnız uşağının "qalib gələcəyinə" inanan bir ana.O qədər  güclü və ürəkdən inanmış ki, mütəxəssislər tərəfindən "98%  autizmli, bu həqiqəti qəbul edərək yaşamalısınız" deyilən autist Ayberk Aksu 20 kilo arıqladı, çox yaraşıqlı, müdhiş ağıllı, hazırda Kığılının baş manekeni, professional üzgüçü, oxuma və danışma fəaliyyəti içərisindədi
 
Sən 'ürəkdən' inanırsan, kifayət qədər və lazım olan qədər səy göstərərsən, zehninin qorxu dolu oyunlarına gəlməzsən və əhəmiyyətlisi rahatlıq sahəsindən çıxmağa cəsarət edə bilsən qeyri-mümkün deyilən şeyi tərsinə çevirə bilərisən. Xəyal et. Heç vaxt xəyal etməkdən və inanmaqdan imtina etmə. Həqiqət  arxandan gələcəkdir..
 
Tərcümə etdi: Bəsti Mehralıyeva
 

ŞƏRH YAZIN