Qorxularınıza qalib gəlin, uğur sizinlə olsun

0
2658
Qorxularınıza qalib gəlin, uğur sizinlə olsun

Siz heç bir zaman sizə xoşbəxt olmağa maneə törədən hallarla mübarizə aparmasanız uğurlu ola bilməyəcəksiniz.


Çeri Xyuber, Soto Zen yapon buddizminin ABŞda təbliğatçısı, deyir ki, hər zaman təhlükəsizliyi seçərkən biz qorxunu gücləndiririk. Mənasız da fikir deyil. Beləki, bir şeylərə sahib olanlar onu itirməkdən qorxurlar. Boş yerə qorxuya düşmək lazımdırmı?

Beləliklə, sizlərə yaşamağa maneə olan qorxular:

uğursuzluq qorxusu;
anlaşılmamaq və tərk edilmək qorxusu;
yaxınlıq qorxusu;
uğur qarşısında qorxu;
kasıblıq qorxusu;
ümüdləri doğrultmamaq qorxusu.

Bu qorxularla mübarizə üsulları aşağıdakılardı

№1

Qorxunun olduğunu boynunuza alın. Utanacaq bir şey yoxdur.

№2

Çeri Xyuber məsləhət görür ki, qorxularınızı kağıza yazıb əzəsiniz. Hətta ayağınızla tapdalayasınız. Soto Zen üsulları.

№3

Ən pis halda nə baş verəcəyini özünüzdən soruşun. Əgər təzə maşın ala bilməsəniz və ya təzə evə köçə bilməsəniz heç bir şey olmaz, dünyanın sonu deyil.

№4

Qorxu ilə üzləşməsəniz uğurla da üzləşməyəcəksiniz. Qorxuya qarşı addımlayın, ilk addım qorxu ilə dolu olsa da, ikinci səfər daha asan olacaqdır.

№5

Əmək insanın yaraşığıdır. Qorxularınızın ruhunuzu dağıtmağa imkan verməyin. Bununla mübarizə aparın, çalışın.

№6

Sabahki qorxularınız barəsində düşünməyin. Bugün xoşbəxtsiniz isə dəyərini bilin.

№7

Qorxularınızla addım-addım güc itirmədən mübarizə aparın, bir dəfəyə hər şeyi dəf etmək mümkün deyil.

№8

Nəticə əldə edən zaman qeyd edin. Ruhunuz və bədəniniz sizin uğur qazanmaq imkanınızı hiss etməlidir.
 

ŞƏRH YAZIN