Yeni Tanıdığınız Insanla Ünsiyyət Üçün ...

0
3944
Yeni Tanıdığınız Insanla Ünsiyyət Üçün ...

Bəziləri düzgün ünsiyyət bacarığına doğuşdan sahibdir, bəziləri isə, bunun üzərində daima çalışmağa məcburdur. Yeni tanışlarla ünsiyyət qurmaq isə bəzən müşkül məsələyə çevrilir. Gəlin yeni tanışlarla söhbətin qurulmasının bəzi qaydalarını öyrənək.

Nitqi əvvəlcədən qurmağa cəhd edin.

Belə məsəl var: "Az sözlə çox fikir ifadə et".  Yəni az sözlə geniş məntiq yarat. Maraqlı həmsöhbət olmaq üçün öz fikirlərini qısa və dəqiq ifadə etmək lazımdır. Kitablarla məşq edin. Orta ölçülü mətnin abzasını oxuyun. Ən vacib məntiqi seçərək, bir-iki cümlə ilə onu ifadə edin. "Belə demək", "lap", "budur", "belə", "anlayırsan" və s. tipli sözlərdən az istifadə edin.

Daha çox kitab oxuyun. Kitab – dilin sərvətə yiyələnməsinin ən yaxşı üsullarından biridir. Xoşa gələn sözlər oxuyun, yadda saxlayın və ya yazın, yumorlar, zarafatlar, sitatlar – bütün bunlar sizin nitqinizi bəzəyəcək.

Danışıq tərzinizi məşq edin.

Təsəvvür edin  ki, siz televiziya verilişlərinin aparıcısısız və siz tamaşaçılara informasiyanı çatdırmalısız. Özünüzü videoya yazın və onu qiymətləndirin, siz kənardan necə görünürsünüz? Çox geniş təbəssüm, aktiv əl-qol hərəkəti və ya gərgin baxışınız nəzərə çarpır? Bundan qurtulmaq vaxtıdır. Bir neçə dəfə məşq edin və hər cəhdi yazın. 

Özünüz üçün siyahı hazırlayın və suallar verin.

Daha asan ünsiyyət saxlamaq üçün əvvəlcədən sizə maraqlı olan və sizin yaxşı anladığınız mövzuların siyahısnı hazırlayın. Məsələn, kitablar, müəyyən janrda olan filmlər, aktyorlar, iş, uşaqlar, qohumlar, səyahətlər, balıq tutma, kompüterlər və s.

Həmsöhbətinizə verəcəyiniz sualların (mövzuların) siyahısını hazırlayın. Sualları (mövzuları) elə qurmaq lazımdır ki, həmsöhbət onlara cavab versin. Məsələn, "Siz hansı filmlərə üstünlük verirsiniz? Və niyə?", " Burada ən çox nə sizin xoşunuza gəlir? Və niyə?". 

Daha çox ünsiyyət saxlayın, heç olmasa virtualda.

Virtual ünsiyyət utancaqlığa üstün gəlməyə və söhbətin saxlanılmasının bacarıqlarını inkişaf etdirməyə kömək edəcək. Forumlarda ünsiyyət saxlayın, sosial şəbəkələrdə şərhlər yazın, maraqlı əhvalatlar barəsində danışın, təəssüratlarınızı paylaşın, cavablar yazın. Virtual ünsiyyətə çox uymamaq əhəmiyyətlidir. Virtual söhbətlər ünsiyyəti yaxşılaşdırmaq üçün sadəcə məşq kimi xeyirlidir.

Söhbət zamanı nə etmək olar.

Həmsöhbətin diqqətini cəlb etmək üçün ona gülümsəyin. Sonra danışığa neytral mövzudan başlamaq lazımdır. Dünyada baş verən hadisələr, hava, kino yenilikləri haqqında danışın. Həmçinin bu prinsipi unutmayın: "Aşıq gördüyünü oxuyar". Söhbətin mövzusunda səhv etməyə qorxmayın, təcrübə göstərir ki, həmsöhbətlər ilkin mövzulara elə də tənqidi yanaşmırlar. Sonra ünsiyyət saxlayaraq, siz təmasın əsas nöqtələrini mütləq tapacaqsınız.

Həmsöhbətə suallar verin, onun fikiriylə maraqlanın.

Açılmış mövzularda həmsöhbəti stimullaşdırın. Zarafatsız suallar verin, şəxsi müvəffəqiyyətlərlə öyünməyin. İstehzalı və ya etinasız tondan imtina edin. 

Yalnız müsbət məsələlər haqqında soruşun.

Kişilər hobbiləri haqqında danışmağı çox sevirlər - idman, siyasət, tarix, işdə müvəffəqiyyətlər. Qadınlar uşaqlar haqqında daha həvəsli danışırlar və ya ev heyvanları, dəb, kosmetika, tədbirlər, həmçinin nəyəsə və ya kiməsə olan hissləri haqqında da söhbət etməyi sevirlər.

Mürəkkəb mövzularda dərinə getməyin. Məsələn, əgər insan söhbət zamanı hər hansı bədbəxtlik haqqında söhbət salıbsa, təfərrüatları soruşmaq lazım deyil. Həmsöhbətiniz istəsə, o özü sizə hər şeyi danışacaq.

Fəal dinləyici olmağa cəhd edin.

Həmsöhbətinizə cavab olaraq susmayın, dərhal reaksiya verin. Başınızı yırğalayın, frazalarla dəstəkləyin: "Bəli, elədir", "Düzdür", "Anlayıram". Dəqiqləşdirici suallar verin: "Bəs bu necə idi?", " Bəs siz nə cavab verdiniz?" və s. Bu həmsöhbətə sizə etibarla və simpatiyayla yaxınlaşmağa kömək edəcək.

Əgər siz həmsöhbətin fikiriylə razı deyilsinizsə, onun sözünü kəsməyin və sonuna kimi dinləyin. Ola bilsin ki, bir neçə dəqiqə sonra fikirinizi dəyişməniz də mümkündür. Həmsöhbətiniz fikrini bitirəndən sonra öz nöqteyi-nəzərinizi deyin. 

Əgər həmsöhbət sizin sözünüzü kəsirsə, dayanın və onu dinləyin. Onu qınamayın, bunu, sizin dostluq münasibətləriniz qeyri-formal dərəcəyə çatandan sonra da etmək olar.

Aydın danışın.

Sözləri udmayın, burnunuzun altında donquldanmayın, söhbət zamanı smartfonun və ya planşetin ekranına dikilib qalmayın.

Söhbətdə yalnız sizə aydın olan sözlərdən istifadə etməyin. Belə söhbəti yalnız sizin kolleqalarınız dəstəkləyə bilər. Başqa sferalarda işləyən yeni tanışlara belə mövzular maraqlı olmayacaq.  Həmçinin xarici sözlərdən və elmi terminlərdən sui-istifadə etməyin - həmsöhbətiniz sizin davranışınızı lovğalıq kimi qiymətləndirə bilər.

Rahat ünsiyyət qurmaq üçün öz ana dilini bilmək vacibdir. Zəngin söz ehtiyatına malik olmaq üçün adi ədəbiyyat yetərli olmaya bilər. Yaddaşınız nisbətən zəifdirsə, daha asan, loru dildə işlənən və etik qaydalarda olan söz və söz birləşmələri ünsiyyəti rahatlaşdırır. Kitabxanadan Azərbaycan dilinin sinonimləri lüğətini oxumaqla daha zəngin söz ehtiyatına yiyələnə bilərsiniz. Əgər başqa dil bilirsinizsə, bu xarici dildə bildiyiniz sözlərin Azərbaycanca tərcüməsinə diqqət yetirmək bəs edər.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN