Sevmədiyiniz Həmkarlarla Da Ünsiyyət Qurun!

0
1122
Sevmədiyiniz Həmkarlarla Da Ünsiyyət Qurun!

İş zamanı müxtəlif xarakterli insanlarla qarşılıqlı əlaqə saxlamaq məcburiyyətində qalırıq.Bəzən işləməli olduğumuz insanlarla münaqişələr də qaçılmaz olur.İşləyəcəyimiz komanda və ya şirkəti seçmək isə bizim əlimizdə deyil.Belə bir vəziyyətdə  edə biləcəyiniz ən yaxşı şey neytral qalmaq və əlaqələrinizdə peşəkarlığınızı qoruyub saxlamaqdır.Lakin sevmədiyiniz həmkarınızla da yaxşı əlaqələr qurmaq niyyətindəsinizsə,sizə kömək edəcək bir neçə yol təqdim edirik.

1.Həmkarınızla səmimi olun və onun xoşagəlməz davranışına rəğmən heç vaxt səs tonunuzu qaldırmayın.
2.İstənilən işdə mümkün qərəzli münasibətlərdən özünüzü qorumağa çalışın.
3.Eyni bir layihə üzərində işləyən zaman çalışqanlığınızı nümayiş etdirin.
4.Unutmayın ki,hamımız insanıq və heç birimiz mükəmməl deyilik.
5.Həmkarınızın başqası ilə olan söhbətinə gizlincə qulaq asmayın.
6.Əməkdaşlarınızın güclü tərəflərini,nələri daha yaxşı bacardıqlarını müəyyənləşdirmək onlarla yaxşı münasibət qurmanın yollarından biridir.
7.Son olaraq isə xoşlamadığınız birisi ilə ünsiyyət yaratmanın ən yaxşı yolu onunla ən sevdiyiniz insan kimi davranmaqdır.

 

Korrektə etdi: Günel İbadova

 

ŞƏRH YAZIN