Onların zəkasını yalanı ilə müəyyən edin!

0
786
Onların zəkasını yalanı ilə müəyyən edin!

 Yalan danışmaq yaxşı bir davranış olmasa da, bəzən zəka göstəricisi ola bilir. Məsələn kiçik yaşlarda yalan danışmaq zəkanın səviyyəsini göstərir. Bunu Kanada da aparılan bir araşdırma müəyyən edib.


Toronto Universitetinin apardığı araşdırmada, yalan istehsal edərkən istifadə olunan qarışıq beyin funksiyaları uşağın zəka göstəricisi olduğu bildirildi.

Araşdırmaya 2 ilə 17 yaşlarında 1200 uşaq və gənc qatıldı.

Elm adamları qatılanlardan, özləri otağı tərk edəndə arxalarında olan oyuncaqlara baxmamaqları istənildi. Kamera vasitəsi ilə otaqdakıları görə bilən elm adamları, geri döndüklərində uşaqlara arxalarında olan oyuncaqlara baxıb baxmadıqları soruşuldu və cavabları qeydə alınan görüntülərlə qarşılaşdırıldı.

2 yaşındakı uşaqların sadəcə beşdə birinin yalan danışdığı təsbit edən elm adamları, 4 yaşında isə bu nisbətin yüzdə 90-a çatdığı müşahidə olundu

Toronto Universiteti Uşaq Çalışmaları İnstitutu Müdiri Doktor Kang Lee, ana və ataların uşaqları yalan danışdıqda qorxuya qapılmamaları gərəkdiyini, bunun , onların patoloji birər yalançıya dönüləcəyi anlamına gəlmədiyini bildirərək, “Bu onların inkişaf ərəfəsində yeni bir mərhələyə çatmaqlarına bir işarədir”dedi.

Kang, beyin inkişafı daha üst səviyyədəki uşaqların yalan danışdığını, çünki yalanlarını gizlədə bildiyini söylədi.

ŞƏRH YAZIN