Övladınızın Qorxuları Varsa ...

0
1788
Övladınızın Qorxuları Varsa ...

Övladlarınızın bir sıra qorxuları var. Qaranlıq, su, yalnız qalmaq, hətta oyuncaq ayıdan belə qorxur və bu olduqca normal haldır. Bəs bu halda valideynlərin öhdəsinə nə etmək düşür?   

Uşaqlar yüksək səslərdən, qaranlıqdan, yüksəklikdən, heyvanlardan, yalnız qalmaqdan, ana-atadan uzaqlaşmaqdan, yad insanlardan, hətta sünnət olunmaqdan qorxurlar. Bu qorxuların onun inkişafının bir parçası olduğunu unutmayın. Diqqət edilməsi gərəkən məsələ isə qorxuların uşağın yaşı ilə uyğun olub-olmamasıdır.     

Qorxular özlüyündə yaranır. Bəzən isə ana-atanın uyğun olmayan yaxınlaşmaları ilə ortaya çıxa bilər. Sudan qorxan uşağınızı məcburi hovuza girməyə təkid etsəniz, ömür boyu bu qorxuyla yaşamasına səbəb olarsız.   

İlk əvvəl qorxuların normal ola biləcəyini düşünüb ona hörmət edin. Onu tənqid etməyin. Lağ etməyin. Lağ etmək uşağın içinə qapanıq, narahat, gücsüz, passiv uşaq kimi inkişafına səbəb olur.   

Qorxduğu şeylərlə təmasdan bir müddət uzaqlaşdırın. Daha sonra qorxuya yavaş-yavaş öyrəşməsinə çalışın. 
 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN