Uşağın Hər İstədiyini Etməyin!

0
1001
Uşağın Hər İstədiyini Etməyin!

Ata – anaları tərəfindən hər istəyi yerinə yetirilən uşaqların məsuliyyətdən kənar böyüdüyünü bildirən uşaq və yeniyetmə psixi sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr.Meryem Özləm Kütük  “ uşağın hər istəyinin edilməməsinin düzgün olduğunu ” bildirdi. Övladınıza sevginizi onun hər dediyin edərək yox, məsuliyyət aşılayaraq göstərin. Unutmayın ki, uşaqlar istədiyiniz kimi deyil, yetişdirdiyiniz kimi olarlar... Mənimsənilən tərbiyə , uşağın yaxın çevrəsi, gen amili, verilən təlimin formalaşdırılmasına təsir edir. Onu da qeyd edək ki, 6 yaşına qədər verilən təlim – tərbiyə çox önəmlidir. 6 yaşdan sonrası da təbii ki, vacibdir. Bu yaşa qədər toxumları əkirik, bu yaşdan sonra isə yeniyetməlik dövründə toxumlar müxtəlif cür formalaşır. Ailələr əksər hallarda hədsiz mühafizəkar, sərbəstlik verən, laqeyd, hər şeyə müdaxilə edən və demokratik  üslubdan birini tətbiq edirlər.  Ata və analar güvənli ailə mühiti üçün  hər kəsin bildiyi qaydalar və məhdudiyyətlər qoymalıdırlar.  Hər hansı məhdudiyyətlər qoyularkən mütləq onun səbəbi izah olunmalıdır. Ata – anaların ən başlıca vəzifəsi  cəmiyyətə yararlı şəxsiyyət yetişdirməkdir. Bunu yerinə yetirə bilmək üçün uşaqlara doğru örnək olmaq, onları müvafiq qayda – qanunlara əməl etməyə alışdırmaq, nizam – intizamlı böyütmək, dəstəkləmək, sevmək, güvən duyğusunu hiss etdirmək lazımdır.      

Uşaq tərbiyəsində ən önəmli məsələ qərarlı  və nəyi necə edəcəyini bilən ata – anadır. Təhqir etmək, günahlandırmaq, uşağın əvəzinə qərar vermək yerinə onu dinləyin. Övladınızı başqa uşaqlarla qarşılaşdırmayın. Uşaq ata və anası tərəfindən önəmsənmək, sevilmək və dəyərli insan kimi qəbul edilmək ehtiyacındadır. 


 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN