Valideynlərin Qorxulu Yuxusu...

0
2269
Valideynlərin Qorxulu Yuxusu...

Hər keçən il əvvəlkinə nəzərən daha çox azyaşlı uşaq internetə girir. Valideynlərin əksəriyyəti pornoqrafik və şiddət aşılayan, həmçinin başqa istənilməyən görüntülər olan saytların olduğundan xəbərdardırlar. Ancaq hər ata – ana uşaqlarının bu istənilməyən sayt kateqoriyalarından hansılarını daha sıx tezlikdə ziyarət etdiklərini bilmirlər. Bu səbəblə Kaspersky Lab gənc istifadəçilərin internetin istifadəsi alışqanlığını analiz etdi. Araşdırma üçün seçilən on ədəd istənilməyən internet saytı kateqoriyaları bunlar oldu: Parnoqrafiya və erotizm, qanundan kənar yazılar, narkotik maddələr, zülüm və şiddət, nalayiq sözlərlə danışma, silahlar, qumar, anonim proksi təqdimatı, ödəmə sistemləri və onlayn oyunlar. 

Pornoqrafiya, şiddət və narkotik maddələr ən təhlükəli olanlardır: Valideynlər əsasən 3 kateqoriyanı zərərli hesab edir: parnoqrafiya və erotika, zülüm və şiddət, narkotik maddələr. Məlumatlar haqqında şərh verən Kaspersky Lab Kıdemli  Web analisti Anna Larkina bunları dedi:  internetin faydaları ilə yanaşı uşaqlar üçün az zərərli olmayan təsirləri də var. Təcavüzkarlar, qurban üzərində izah olunmayacaq psixi sarsıntılara səbəb ola biləcək söhbət otaqları, anlıq mesajlaşma xidmətləri təklif edən bütün onlayn kanallarını özləri üçün istifadə edə bilirlər. Bu cür təsirlərə qarşı mübarizə kifayət qədər çətindir.  Əsasən uşaqlar belə təhlükələrə qarşı təkbaşına mübarizə apara  bilmirlər, bu səbəblə valideynlərin uşaqları qorumaqda önəmli rol oynamaları gərəkdir. Valideynlər ciddi şəkildə uşaqlarının internetdəki fəaliyyətlərinə nəzər yetirməlidirlər. Saytların zərərli təsirləri Türkiyədə də özünü kifayət qədər yüksək göstəricilərlə ifadə edir. 
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN