Uşaqlarda Davranış Pozuntusunu Necə Həll Etməli?

0
2375
Uşaqlarda Davranış Pozuntusunu Necə Həll Etməli?

Davranış pozuntusu hazırda uşaqlarda ən çox rast gəlinən narahatlıqlardan biridir. Hər 10 uşaqdan 7-si bu problemdən əziyyət çəkir desək, hər halda yanılmış olmarıq.

Əksər hallarda davranış pozuntusunu aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur,davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi.Klassik davranış pozuntusu aşağıdakı kimi sərgilənir:

1) Uzun müddət davam edən aqressiv davranışlar

2) Yalanlar yaxud hadisənin şişirdilməsi

3) Təcavüzkar davranışlar

4) Uyğunsuz ifadələrin işlədilməsi və.s

5) Altını islatma

6) Dırnaq yemə və barmaq əmmə

7) Əsassız qorxular

8) Masturbasiya (cinsiyyət  orqanını əli ilə oynatma)

9) İştahasızlıq

10) Yuxu problemləri (gec yuxuya getmə,yuxudan qəfil oyanma,yuxuda danışma və.s)

11) Kaprizlər

12) Aşırı hərəkətlilik

Davranış pozuntusunun aşağıdakı səbəbləri var:

1) Diqqət çəkmək istəyi – Uşaqlar həmişə diqqət mərkəzində olmaq istəyərlər və ailədən lazımi diqqəti almayan uşaq həmin diqqəti üzərinə çəkmək üçün mənfi yollara əl atır. Məsələn, əlinə keçən hər şeyi yerə atır, aqressiv davranır, ondan nəyisə alanda durmadan qışqırır və.s

2) Özünü təsdiqlətmək istəyi – Bəzən valideynlər uşaqlarını ya çox sıxır,çox qadağa qoyur,ya da onları aşırı qoruyur, hətta uşağın işini onun əvəzinə yerinə yetirirlər. Hər iki halda uşaqlarda özlərini, öz bacarıqlarını təsdiqlətmək istəyi ortaya çıxır. Bunun əsas səbəbi uşaqlarda fəaliyyətsizliyin və diqqətsizliyin ortaya çıxardığı pozuntudur. Belə ki, valideynlər uşaqları üçün xeyirli bir şey etdiklərini düşünürlər, ancaq, əslində bu uşaqda davranış pozuntusunu ortaya çıxarır.

3) Valideynlərdən intiqam almaq istəyi – Bu əsasən diktator tipli ailələrdə meydana çıxan davranış qaydasıdır. Belə ki, valideyn uşağın istək və arzularını nəzərə almır və uşağa yetərincə sevgi və diqqət vermir. Belə halda uşaqda bir növ valideyndən intiqam almaq istəyi formalaşır və onda yuxarıda sadalanan davranışlar ortaya çıxmağa başlayır.

4) Özünü xatırlatma – Bu ən çox mühavizəkar ailə tipində böyüyən uşaqlarda görünür. Belə ailələrdə valideyn uşağı hədsiz çox qoruyur. Hətta, onun məsuliyyətinə daxil olan işləri də valideynlər yerinə yetirir və bunun uşağı üçün xeyirli olduğunu düşünür. Belə halda, uşağın şəxsiyyət inkişafı da ləngiyir. Çünki, psixi inkişafın əsası odur ki, şəxsiyyət fəaliyyət zamanı inkişaf edər. Şəxsiyyət tam formalaşmadıqda isə uşaqda özgüvən aşağı olur. Özgüvən aşağı olduqda isə uşaq mənfi davranışla diqqət çəkməyə başlayır. Şüuraltı bir növ özünü ailəyə xatırlatmağa çalışır.

Belə uşaqlarla necə davranmalı?

1) Uşağa zaman ayırmaq, onun maraqları və istəkləri ilə maraqlanmaq. Onun xoşladığı tərzdə oyunlar oynamaq (macəra, axtarış və....)

2) Sevgi göstərmək – Uşağa qətiyyən aqressiya göstərmək olmaz. Krizlər zamanı sadəcə onu iqnora salın və bu durum keçdikdən sonra onunla bu hadisə haqqında danışın. Hər bir şey haqqında fikrini soruşun.Seçim haqqını ona verin.

3) Özgüvən vermək – onun yerinə yetirdiyi hər xırda yaxşı işi belə tərifləyin.Daha da yaxşı davranması üçün cəsarətləndirin.Ona güvəndiyinizi və onu təmənnasız sevdiyinizi bildirin.

Əziz valideynlər bir şeyi heç vaxt unutmayın; uşaq gördüyü davranışı sərgiləyər. Ona görə hər şeydən öncə öz davranış və müraciət formalarınıza diqqət yetirin.

 

Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN