Günü 25 Saata Çıxarmaq Üçün Zamanı İdarəetmə Sənəti

0
3410
Günü 25 Saata Çıxarmaq Üçün Zamanı İdarəetmə Sənəti

Həyatda böyük işlər bacarmış alimlərin, liderlərin, dahilərin də həftədə 168 saatı, gündə 24 saatı vardı. Bu insanların ortaq xüsusiyyəti, zamanlarını böyük bir ustalıqla idarə etmələri idi. Bölüşdürülməsi ədalətli olaraq edilən bu mənbəyə  hamımız bərabər müddətlərdə sahibik; ancaq fərqli şəkillərdə istifadə edirik.

Hədəflərimizə çatmaq mövzusunda kritik əhəmiyyətə sahib olan mənbələrdən biri, zamandır. Əsasən zaman ilə iqtisadiyyatın təməl problemi arasında möhkəm bir əməkdaşlıq vardır. İqtisadiyyatın əsas problemi olan qıt mənbələr  ilə sərhədsiz olan insan ehtiyaclarının qarşılanması zaman idarəetmə baxımından da fərqli bir vəziyyət deyil; çünki öyrənmək istəyimiz və ehtiyacımız sonsuzdur ancaq zamanımız çox azdır; bu vəziyyətdə zamanı ağılla istifadə etməmiz lazımdır. Zamanın ən əhəmiyyətli xüsusiyyəti, istifadəsinin digər mənbələr kimi daha sonraya təxirə salınmamasıdır. Banka qoyduğunuz pulu istədiyiniz zaman çəkə bilərsiniz amma zaman idarəetməsində "Mən bu zamanı daha sonra istifadə edim" deyə bilməzsiniz, zamanı keçmişdir, bunun üçün indiki zamanı gələcəyiniz üçün ən səmərəli şəkildə istifadə etməlisiniz.
 
Kimimiz zamanını israf edərək boş-boş keçirərkən, kimimiz isə məqsədyönlü çalışaraq zamanının hər anını faydalı bir şəkildə qiymətləndirir.Zamanı mənalı şəkildə istifadə edən , qibtə etdiyimiz bu cür cəmiyyətimizdə müvəffəqiyyətli olan kəsləri təmsil edir. Əvvəlcə sahib olduğumuz bu qiymətli mənbənin məqsədlərimizə çatmaqda nə qədər əhəmiyyətli olduğunun fərqinə varmalı, sonrakı mərhələdə isə bu mənbəni ən təsirli şəkildə idarə etməyi öyrənməliyik.
 
Zamanı Anlamaq
 
Maddə davamlı hərəkət və enerji halındadır.Məhz bu hərəkət və enerji zaman anlayışını ortaya çıxarır.
Hamımızın bəzi anlarda istifadə etdiyi iki cümlə qəlibi vardır: "Zaman nə tez keçdi" və "Zaman dayandı, sanki keçmir ..." Bu ifadələr bizi zamanı necə qavradığımız aydın olur . Eynşteyn ondan nisbilik nəzəriyyəsini açıqlanması istənildiyində bu şərhi etmişdir: "Odun üzərində 1 dəqiqə 1 saat kimi keçərkən, gözəl bir qadının yanında 1 saat 1 dəqiqə kimi keçər."
 
Eynşteynin zamanın nisbi olması ilə etdiyi bu şərh bizə zamanın adama görə dəyişən subyektiv bir ölçüsü olduğunu da açıq bir şəkildə göstərməkdədir. O halda, zamanı daha əyləncəli və doyumlu yaşamaq üçün hər bir anımızdan həzz almağı bacarmalı, bunun üçün də etdiyimiz işləri sevməli, müsbət düşünmə vərdişini qazanmalıyıq.
Sevgiylə, maraqla, biliklə zamanı yaşamalıyıq; bu şəkildə keçən zaman bizə çətinlik vermədən öz yolu ilə axar, hər dəqiqəsində həzz alaraq hədəfimiz yolunda irəliləməyə davam edərik.
 
Zamanı İdarəetmə Nədir?
 
Vaxt rəhbərliyi ediləcək fəaliyyətlərin təşkil edilərək gün, ay və il olaraq planlaşdırılması və bir proqrama bağlanmasıdır. Vaxtı öz mənfəətləri üçün idarə etməyi bilən bir adam psixoloji olaraq da rahatdır; çünki hər şey bir proqram daxilindədir, hər şey adamın nəzarəti altındadır.Beləcə adam daha az narahatlıq və stress yaşayar, daha az səhv edər.
 
Zaman rəhbərliyi üçün aşağıdakıları deyə bilərik:
 
Zaman rəhbərliyi, həyatın ritmini tutmaqdır.
Zaman rəhbərliyi, anı qaçırmamaqdır.
Zaman rəhbərliyi, gələcəyə istiqamət verməkdir.
Zaman rəhbərliyi, keçmişi qiymətləndirməkdir.
Zaman rəhbərliyi, koordinasiya bacarığı qazanmaqdır.
Zaman rəhbərliyi, indiki anı gələcək üçün təşkil etməkdir.
Zaman rəhbərliyi, təxirə salma xəstəliyindən xilas olmaqdır.
Zaman rəhbərliyi, hədəflərin üçün proqram etməkdir.
Zaman rəhbərliyi, saatların, günlərin, ayların necə keçdiyi mövzusunda biliklənməkdir.
Zaman rəhbərliyi, zaman tələlərini bilmək və bunlara düşməməkdir.
 
Zaman Necə idarə olunur?
 
Zaman rəhbərliyi hədəflərin müəyyənləşdirilməsi, bu hədəflərə çatmaq üçün planların edilməsi, planların proqrama bağlanması, alınan nəticələrin nəzarəti və qiymətləndirilməsi, nəticə nə olursa olsun elastik olaraq hədəf üçün yeni planların hazırlanması müddətidir.
 
Təsirli bir zaman rəhbərliyindəki müddət aşağıdakı kimidir:
 
Hədəf: Zamanınızı təsirli bir şəkildə idarə etmək üçün prioritetli olaraq bir hədəfiniz olmalıdır. Hədəflər ediləcək işlər deyil, ediləcək işlər hədəflərimizə çatmaq üçün lazım olan fəaliyyətlər zənciridir. Özünüzə həqiqi, çata biləcək, ölçülə biləcək bir hədəf qoyduqdan sonra bu hədəfə çatmaq üçün aylıq, həftəlik və gündəlik planlar etməlisiniz.
 
Plan: Təyin etdiyiniz hədəflərə çatmaq üçün edilməsi lazım olan fəaliyətlərinizi aylıq, həftəlik və gündəlik olaraq təşkil etməli, bunda işlərin prioritetini göz qarşısında saxlamalısınız. İşlərin hansının əvvəl edilməsi lazım olduğuna qərar verə bilmədiyiniz anlarda özünüzə bu sualı verin: "Bu işi bu gün edə bilməzsəm, nə olar?" Nəticələr mənfidirsə o, əhəmiyyətli bir işdir. İşlərinizi belə bir sual filtrindən keçirdikdən sonra prioritet sırasına qoya bilərsiniz.
 
Proqram: Gün içində işlərinizi planladıqdan sonra, bunları hansı zaman dilimində edəcəyinizi da bildirməlisiniz. Dişləri fırçalamaq, yemək yemək, duş qəbul etmək kimi təkrarlanan fəalliyyətlərinizi ayrıca yazmağa ehtiyac yoxdur; çünki bu həm darıxdırıcı həm də lazımsız bir əməliyyatdır. Əhəmiyyətli işlərinizi not edərək uyğun bir zaman diliminə yerləşdirməlisiniz. Prioritet sıralamanıza görə, ən əhəmiyyətli işlərinizi ən məhsuldar və enerjili olduğunuz zamanda tamamlamağa əhəmiyyət verməlisiniz.
 
Nəticə və Rahatlıq: Zaman rəhbərliyində zamanı planlamaq qədər əhəmiyyətli olanda nəticələri qiymətləndirmək və kritik etmək şəklinizdir. Plan və proqram qurduz ancaq bəzi çatışmazlıqlar üzündən yüzdə yüz proqramınıza əməl edə bilmədiz, belə bir vəziyyətdə əhvalınızı pozmamalısınız əhəmiyyətli olan belə bir vəziyyəti görə bilməkdir,əgər belə bir plan etməsəydiniz bəlkə də nəyin zamanınızı boşa yerə xərclədiyini görə bilməyəcəkdiniz. Bu səbəblə nəticələri rahatlıqla qarşılayıb dərslər çıxarmalısınız.
 
Hesabat: Günün sonunda ümumi bir qiymətləndirmə edin, özünüzə zamanı əlverişli istifadə etmədiyinizə görə 0 ilə 10 arasında bir bal verin. Əgər içinizdən aşağı bir bal vermək gəlirsə, demək ki o günün haqqını tam vermədiniz. Bu vəziyyətdə nələrin zamanınızı aldığını özünüzə hesabat verin, belə bir iş edərək sonrakı planlarınız üçün bəsləyici bir istinad əldə edər, bir sonrakı səfərə planlarınızı daha ağıllı bir şəkildə hazırlamağı öyrənərsiniz.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 
 

ŞƏRH YAZIN