Bunlar cəfəngiyyatdır!

0
1719
Bunlar cəfəngiyyatdır!

 Verilən hər bir söz tutulmalıdır. Söz verən tərəfin qadın və ya kişi olmasında asılı olmayaraq, verilən sözə mütləq əməl edilməlidir. Bu əsrlərdən bəri gələn və təsdiq olunan qaydadır. Amma bəzən verilən sözlər tutulmaya bilir. Məsələn, kişilərin bəzi sözləri var ki, onlara inanmasanız yaxşıdır. 


Məsələn, "Sənə bir azdan zəng edəcəm" ifadəsi – Sevgilinizlə söhbət edərkən acıya bilərsiniz. Yemək yedikdən sonra ona yenidən zəng edəcəyinzi dediniz. 2 saat keçməsinə baxmayaraq, kişilər zəng etməyi unudur. Sevgililəri isə kişilərə görə narahat olur. Siz ona sonra danışarıq deyərkən, qadınlar 5 dəqiqədən sonra zəng edəcəyiniz gözləyir. Kişilərin çoxu bu vədi verir və əməl etmir. 

"Mən özüm həll edərəm" – Məşğul birisiniz və işləriniz çoxdur. Hamamda isə bəzi problemlər var. Sevgilinizə onu özümüzün təmir edəcəyiniz söz vermisiniz. Əgər verdiyiniz sözü unudub onu təmir etməsəniz, başınızın ətini yeyə bilər. Onu nə vaxt təmir edə biləcəyinizi deyin və beləcə suallardan canınızı qurtara bilərsiniz. 

"Gedərik" – Qadınlar həftə sonu və ya tətili necə keçirəcəyiniz haqqında plan qurur. Kişilər isə evdə qalıb uzanaraq istirahət etmək istəyir. Getmək istəmədiyiniz yerə yola vermək üçün qətiyyən gedərik deməyin. Çünki nəticədə getmək məcburiyyətində qalacaqsınız. Hərdən ona sürprizlər edin. Unutmayın ki, qadınlar diqqət dəlisidir. 

"Saat 7-də orda olacam" – Qadınlar adətən görüşə gecikirlər. Qızla görüşə gedən kişinin orada gözləməsi bir qaydadır. Lakin kişilərin görüşə gecikməsi, artıq onu sevmədiyiniz və maraqlanmadığınızı düşünməyə səbəb ola bilər. Əgər çox geciksəniz, ona zəng edib əvvəlcədən xəbər verin.

ŞƏRH YAZIN