Nlp İlə Həqiqətin Xəritəsi

0
1893
Nlp İlə Həqiqətin Xəritəsi

Nəticə kimi qavradığımız şey həqiqətin bir xəritəsidır. Bu xəritənin bəzi qisimləri bütün detalları ilə dolu, bəzi qisimləri yarım yamalaq, bəziləri də tamamilə boş ola bilər. Yaxşı, bəs sizin yaratdığınız bu xəritə necədir? Üzərində lazımlı işarələr var? İstədiyimiz yerə çatmağınızı asanlaşdırır yoxsa çətinləşdirir?

NLP fərziyyələrinin ən vaciblərindən biri:
İnsanlar həqiqətin özünə deyil, həqiqətin xəritəsinə reaksiya verirlər.

Alfred Korzibski 1933-cü ildə nəşr olunan "Elm və Ağıl" adlı kitabında "Xəritə, bölgənin özü deyil" ifadəsini istifadə etmişdi. NLP xəritəmizi bizə daha çox variant təmin edəcək şəkildə dəyişdirmə sənətidir. Bu yanaşma 17 dəvə haqqındakı hekayədə bəhs olunan müdrik qocanı xatırladır.

Ölən adam mal varlığının üç oğlu arasında paylaşdırılmasını istəyirdi. Mirasa görə, ən böyük oğlu mirasın yarısını, ikincisi üçdə birini və ən kiçik olanı da doqquzda birini alacaqdı. Tək problem isə, mirasın 17 dəvədən ibarət oması idi. Uşaqlar dəvəni kəsib bölməyə hazırlaşırdılar ki, bir dəvənin üstündə müdrik qoca onlara yaxınlaşaraq onlara qatılır.

Paylaşmada yaşanan problemi eşidən qoca üç oğula belə dedi: "Budur, mənim dəvəmi hədiyyə olaraq alın. Sizinkilərə əlavə edincə, 18 dəvə olar. İndi ən böyük oğul yarısını, yəni doqquz dəvəni götürə bilər. Ortancıl oğul üçdə birini, yəni altı dəvəni alır. Ən kiçik olan da, doqquzda birini yəni iki dəvəni alır. Doğru oldu?

Uşaqlar nəticədən məmnun olmuşdular.

"Bunların cəmi 17 dəvə edir" deyir müdrik adam. "Şansa bax, mən dəvə qazandım."

Dəvəsinə təkrar minər və yoluna davam edər.
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :

ŞƏRH YAZIN