Evliliyinizi Canlandırın!

0
1522
Evliliyinizi Canlandırın!

Evlilik irəlilədikcə bəzən ilk illərdəki həyəcanı və istəyi qalmaz. Uşaqlar, gərgin iş ucbatından ona yetərincə zaman ayırmaq getdikcə çətinləşir. Həyəcan və istəyi getdikcə zəifləyən ailənizi gündəlik vərdişlərinizdə bəzi dəyişikliklər etməklə daha da gücləndirə bilərsiniz.

Mübahisələrinizi bir yerə qeyd edin. Dava zamanı görmədiyiniz bəzi amillərin fərqinə varmış olacaqsız.
 
Hər gün 2 dəqiqə ərzində qucaqlaşın, 30 saniyə ərzində öpüşün. Fiziki yaxınlıq və toxunmaq cütlükləri bir-birinə daha çox bağlayar.
 
Birlikdə piyada gəzintisinə çıxın. Təmiz hava, sakit təbiət qoynunda bir gəzinti cütlük üzərində xoşbəxt bir  yaxınlıq təmin edəcək.
 
Birlikdə içki için. Bundan çox zövq alacaqsınız.

Restoran masalarında qarşı-qarşıya deyil, bir-birinizin yanında oturun. İş görüşməsində deyilsiz. Yan-yana otursanız, yemək zamanı zərif, yüngül fiziki toxunuşlar sizi daha çox bağlayacaq və səmimi bir şərait yaranacaq.
 
Həyat yoldaşınızın bir həftə boyunca sizə göstərdiyi müsbət jestlərini bir yerə qeyd edib sonra eynisini ona göstərin. İkiniz üçün də xoşbəxt bir an olacaq.
 
Birlikdə bir film izləyib onu müzakirə edə bilərsiz.

ŞƏRH YAZIN