Münasibətləri xoşbəxt edən qaydalar!

0
2452
Münasibətləri xoşbəxt edən qaydalar!

 Xoşbəxt bir münasibəti hər kəs arzulayar. Amma bəzən buraxılan səhvlər münasibətləri başlamadan bitirər. Bunu nəzərə alan psixoloqların sizə tövsiyyələri var.


Müqayisə etmə
 
Öz həyatını başqalarının həyatı, sevgilini də başqalarının sevgililəriylə müqayisə etmə. Kənardan gördüklərin sənə yalnız fikir verər, həqiqəti izah etməz. "Onlar çox xoşbəxtdir, biz niyə deyilik?" deyə soruşma. Sən öz münasibətinə cavabdehsən. Hər insanın ayrı bir şəxsiyyət olduğunu unutma. Təbii ki, bir də keçmişdə başqaları ilə olan münasibətlərini də müqayisə
etmə. Keçmiş keçmişdə qaldı.

Xəyal qurmaqda ifrata varma
 
Nağıllardakı bir eşqə sahib olmaq istəyirsən, amma gerçək həyatda yaşayırsan. Qarşındakı insanı olduğu kimi qəbul etməsən və onu xəyallarındakı adama çevirməyə çalışsan bədbəxt olarsan. Çünki xəyal məhsulu bir ruhu bir bədənə köçürə bilməz.

Tələsmə!
 
"Bu münasibət hara gedir? Görəsən, evlənəcək mənimlə? Yoxsa, ayrılacaq?" kimi suallar münasibəti soyudur. Axışına burax, onsuz da bu münasibər özü-özünə bir yol açacaq. Evlilik bir son deyil, başlanğıcdır. Buna görə indiki münasibətin məqsədi evlilik yox, xoşbəxt bir birlik olmalıdır. Bunu təmin etdiyiniz zaman onsuz da evlilik də özbaşına gələcəkdir.

Açıq sözlü olun
 
Nə istədiyini, nə gözlədiyini açıq şəkildə izah elə. Sevgilinin sənin ağlını oxumasını, hərəkətlərindən məna çıxarmasını, eyhamlarını anlamasını gözləmə. Düşüncələrini özündə saxlayıb toplasan, münasibət qapalı bir müstəviyə keçəcək. Və sevgilin sənin kefsiz olduğunu görüb, nədən incidiyini bilməyincə barəndə nə düşünücək?! Onu bezdirəcəksən. Necə deyərlər, dovşan dağa küsüb, dağın xəbəri yoxdur. Cütlüklər arasındakı ünsiyyətin ən sağlam yolu danışmaqdır. Danışmaq üçün fürsət yarat, istədiyin hər şeyi izah elə.

Özünü xoşbəxt et
 
Bir münasibət sevgilini xoşbəxt etmək üçün yaşanmaz. Əvvəl özünü xoşbəxt elə, bu münasibətdən həzz al. Yalnız onun üçün yaşamaq, yalnız onun istəklərini yerinə yetirmək səni dəyərdən salır. Özünü xoşbəxt etmədiyin zamanlarda darıxdırıcı hala gəlirsən. Başqa sözlə, öz daxili rahatlığını əldə etməyincə başqalarınada da dinclik verə bilməzsən.

Dəyər ver
 
Sevgilin həyatındakı ən əhəmiyyətli adam olmalıdır. Şəxsiyyəti, davranışları, ətrafındakılar, ailəsi, işi, təhsili, söylədikləri, qısacası onunla münasibətə dair hər şeyə əhəmiyyət verməlisən. Və təbii ki, bunu ona göstərməlisən. Səninlə danışarkən dinləməlisən, ona dəyər verdiyini göstərməlisən. Qətiyyən gözdən salmamalısan, ləyaqətinə toxunmamalısan. Başqalarının yanında nə olursa olsun, sevgilini müdafiə etməlisən.

Sorğu-suala tutma
 
Sevgilinin keçmişindəki münasibətlərini soruşma. Bunun sənə bir faydası yoxdur. Keçmişdə yaşadıqlarına ilişib qalsaydı, bu gün səninlə birlikdə olmazdı. Bu tərz sorğulamalar səni bədbəxtliyə, münasibətni də qaranlığa aparır. Sorğu-sual apardıqca narahat olur. Hər müzakirə səndə daha yeni suallar yaradacaq. "Mənə “sevgilim”deyir, görəsən ona nə deyirdi?" kimi axmaq suallarla mübarizə etmək məcburiyyətində qalarsan.

Qorxma
 
Daha əvvəlki münasibətlərdə yaşadığın üzüntülər, xəyanətlər indiki münasibətə də aid ola bilməz. "Birdən eynisini etsə?" deyə düşünsən, bu münasibətin axırı yoxdur. Hər kiçik problemi böyüdüb, "Görəsən məni buraxıb gedəcəkmi?" qorxusuna qapılmamalısın. Sevgidə itirmə qorxusu yaxşıdır amma bunu ifrata vardırsan, əmin ol qorxduğun başına gələcək!

İdeal insan axtarma
 
İnsan bir münasibətə öz iradəsi ilə başlayır. Yəni, sevgilini sən seçirsən. "Görəsən, daha yaxşısı varmı?" deyə düşünürsənsə, dərhal ayrılacaqsan. Mükəmməl adam yoxdur, mükəmməl münasibət var. Mükəmməl münasibət də yalnız bir tərəfin səyi ilə deyil, ancaq iki tərəfin zəhmətilə formalaşır. Mükəmməli axtarmaq yerinə, mükəmməl münasibəti yaratmağa cəhd elə.

Kin saxlama
 
Münasibət boyunca sevgilinlə mübahisələriniz, hətta küsülü qaldığınız hallar da olacaq. Bu cür problemlərdən sonra kin saxlamamalısan. Xüsusən də sevgilin səndən üzr istədikdən sonra bu kinin çox bezdirici hərəkət kimi gələcək ona. Hər mübahisədə köhnə dəftərlər açılacaq və kiçik bir məsələ sizi ayrılığa qədər aparacaq qədər böyük davalara səbəb olacaq.

ŞƏRH YAZIN