Bu yalanlara DİQQƏT!

0
1777
Bu yalanlara DİQQƏT!

 7-dən 77-ə hər kəs yalan danışar. Qadın və ya kişi fərqi yoxdur, hansısa səbəblərdən dolayı nə zamansa yalana əl atırlar. Kişilər və qadınlar arasındakı ən böyük fərq hansı məqsədlə yalan danışmaqlarıdır. Aparılan araşdırmalara görə qadınlar, daha çox başqalarını sevindirmək üçün yalana əl atır. Kişilər isə eqolarını təmin etmək və nələrisə gizlətmək üçün yalan danışır. Qadınlar, bu 10 yalana diqqət edin. 


Mən universiteti qırmızı diplomla bitirmişəm – Tipik kişi yalanı. Səbəbi isə çox bəsitdir. Kişilər bacarıqsızlığı qəbul edə bilmir. Bunun arxasında yatan əsas səbəb isə cəmiyyətin kişilərə yüklədiyi məsuliyyətdir. Kişilər bacarıqsız olduğu halda qadınların gözündə dəyərsiz bir varlığa çevriləcəyini düşünür və belə adi yalanlar deməyə məcbur olur. 
 
Təbii ki, dostlarını mən də sevirəm – Qarşınızdakı kişi sizə israrla hər hansı mövzuda bacarıqlı olduğunuzu deyirsə, bunun yalan olma ehtimalı yüksəkdir. Sizi əldə etmək üçün dostlarınızı çox sevdiyini deyə bilər. Bunun həqiqətən belə olduğunu bilmək üçün dostlarınızla tez-tez yığışıb söhbət edin. 
 
Səndən bir dənədir – Bu yalanı sizə bir çox yerdə deyə bilər. Sizdən məmun olmayan bir kişi bu yalanı yataq otağında da deyirsə, işlər başqa istiqamətdə gedə bilər... 
 
Xeyir, sənə zəng edə bilmərəm. Harada olduğum bəlli deyil – Aranızda soyuqluq varsa və partniyorunuzdan belə cavablar almağa başlamısınızsa, diqqət! Kişilərlə söhbət edərkən necə danışdığınızdan əlavə, nə danışdığınıza da fikir verin. Yalan danışan insanların səs tonunda adətən dəyişkənlik müşahidə olunur. Səsləri yüksəlib alçala və titrəyə bilər. Hərdən kəkələyə də bilərlər. 
 
Paltarın çox dar deyil, çox gözəl görünürsən – Bu yaxşı yalanlardan biridir. Amma bu yalanın da bir ölçüsü var. Kişi davamlı olaraq, həqiqəti deyil, qadının eşitmək istədiyini deyirsə, işin dadı qaça bilər. Belə bir yalan yerinə nəzakətli bir şəkildə həqiqəti deyin. 
 
İş yerində vəzifəsini aşağı salıblar. Amma narahat olma işdən çıxarmayacaqlar – Kişilər qadınları qorumaq borcu hiss edir. Buna görə də onları həmişə güvəndə hiss etdirmək istəyirlər. Ancaq belə ciddi mövzular qadınlardan gizli saxlanılmamalıdır. 
 
Qabları yuyacaqdım amma süngəri tapa bilmədim – Həmişə bəhanələri olur. Onlardan soruşsanız, sizə hər mövzuda kömək etmək istəyirlər. Amma bəhanələri həmişə hazır olur. Ya nəyisə tapa bilmir, ya da nəsə xarab olur. 
 
Mən çiçəkləri bağçada sevirəm - Ən tipik yalanlardan biridir. Qadınların güllərə və çiçəklərə olan düşkünlüyündən xəbərləri var. Kişilərin çoxu gülə pul xərcləmək istəmədiyi və ifşa olmamaq üçün təbiətin məsumiyyətinə sığınırlar. 
 
Qız dostlarım yoxdur – Ən təhlükəli yalanlardan biridir. Kişilərin çoxu qadını əldə etmək üçün belə deyir. Qarşınızdakı insan haqqında yetərli məlumatınız olmadan görüşməyin. 
 
Sən kök deyilsən – Bunun yalan olduğunu bilmək üçün hiyləyə ehtiyac yoxdur. Güzgünün qarşısına keçin və həqiqəti oradan öyrənin.

ŞƏRH YAZIN