Onunla əl sıxış və ...

0
3575
Onunla əl sıxış və ...

 Qarşıdakı insan sənin üçün çox önəmli biri isə və onda rəğbət yaratmaq istəyirsənsə, o zaman onunla əl sıxışman yetərlidir. İnanmırsan???


Heydelberq Universitetinin professoru Sabin Koçun apardığı araşdırmanın nəticələri belədir.

O, 50 nəfər könüllünü iki qrupa ayırıb və onlara müxtəlif formada əl sıxaraq görüşməyi tapşırıb.

Hər əl sıxaraq görüşmədən sonra könüllülərdən hansı hisslər keçirdiyi soruşulub.
Məlum olub ki, əli ehmalca sıxılan insanlar əl verib görüşdükləri insana müsbət, rəğbətlə yanaşıblar.

Özü də əli yumşaq sıxan insan yaxşı və həlim şəxs təki dəyərləndirilib.

Halbuki könüllülər həmin adamı həyatlarında ilk dəfə görürdülər.

Professor Koç bildirir ki, əl verib görüşərkən qarşıdakı şəxsin əlini ehmalca yuxarı qaldırmaq, sonra aşağı salmaq gərəkdir.

Professor Koç məhz belə görüşməyi məsləhət bilir.

ŞƏRH YAZIN