Soyuqluq haradan başlayır?

0
3901
Soyuqluq haradan başlayır?

 Qadınların bəzi hərəkətləri, sözləri kişilər tərəfindən əsəblə qarşılanır. Bu hərəkətlə davamlı olduqda isə, kişilərə itələyici gəlir və soyuqluq yaranır. Qadınların o hərəkətləri hansılardır?


Xarici görünüş:

Bunu vurğulamaq lazımdır ki; kişiləri qadınlardan soyudan səbəb fiziki xüsusiyyətlərindən çox şəxsiyyətimizlə bağlıdır. Yəni bir az daha baxımlı olsaq daha yaxşı olar!Bütün kişilər baxımlı qadını xoşlayır
 
• Tüklər kişi bədəninə aid olmalıdır. Xüsusilə bığ, ayaq barmaqlarının üzərindəki və beldəki tüklərə də diqqət etmək lazımdır! Kişilər bu mövzuda çox həssasdırlar!

• Hər zaman dikdaban geymənizi gözləmirlər amma heç olmasa ayaqqabılarınız təmiz və baxımlı olmalıdır. Və açıq ayaqqabı geyirsinizsə mütləq dırnaqlarımız laklı olmalıdır.

• Həmçinin dikdabanda gəzməyi bacara bilmirsinizsə,geyməyin.

• Daim dik oturun.

• Açıq (dekolte) geyəcəksinizsə, onu geyinməyi bilin. Geydikdən sonra onu əlinizlə hər dəqiqə düzəltməyin.Qıraqdan heç də yaxşı görsənmir

• Şəffaf iç geyimi asqıları da xoşa gələn deyil; tam tərsinə, çox-çox itələyicidir kişilərin gözündə.

Davranışlarınıza diqqət edin: 
 
"Can çıxar, xasiyyət dəyişməz" deyərlər; amma bir az cəhd etsəz heç olmasa bir az dəyişə bilərsiniz:
 
• Qız dostunuzla görüşdükdə pıçıldaşmadan danışın

• Sürücülük 1000 il keçsə də kişilərin gözündə onlara məxsus olacaq. Ona görə onların sürücülüyünü tənqid etməyin.

• Qısqanclıq, sizi özünə etibarsız göstərməkdən başqa bir işə yaramır.

• Kişinin yanında rahat olmaq istəsəniz də sərhəd saxlayın, sərxoş olmayın.

•Kişilərin gözündə ərköyünlük: Ərköyün bir uşaq kimi görünmək istədiyinizə əminsinizmi? 

Kişilərin məşhur cümlələri
 
Bu cümlələri bir dəfə olsun deməməyə alışın. Qadınlar bu cümlələri avtomatik olaraq işlədir

• "Mənimlə niyə maraqlanmırdın?" Bezdirməyin

• "Nə düşünürdün?" Cavabı olmayan suallar soruşmayın.

• "Bu nə demək indi?" Hər hərəkətindən dərin mənalar çıxarmayın.

• "Səncə kökəlmişəm?" Ona tərəzi rəftarı etməyin.

• "Hmmm qərar verə bilmirəm. Səncə?" Qərarsızlıq abidəsi olduğunuzu ona hər fürsətdə göstərməyin.

• "Mənə anlada bilərsən hər şeyi." Psixoloqluq peşəsini psixoloqlara buraxın.
Vəə.....
 
• dır dırdır dır…

• Ucları getmiş, pozulmuş laklara demık olar hamısı dəli olur.

• Körpə kimi danışmağı körpəlik illərinizdə buraxmalı idiniz. Şirinlik kimi qəbul etdiyiniz hallarınız, yalnız və yalnız tüklərini biz-biz edir.

• Söyüşkən, onunla oğlan kimi danışmalar da sizi bir o qədər itələyici edir.

• Futbolu sevir ola bilərsiniz. Amma ehkam kəsməyin, texniki direktorluğu kişilərə buraxın.

• Digər qadınları alçaltmağı unudun. Deyək bundan imtina edə bilmirik; heç olmasa kişilərin yanında deyil, qız dostlarımızla edək.

• Dodaqlarımızı öpüləsi göstərdiyini sandığımız parladıcılar, tam tərsinə onlara yapış yapış gəlir.

• Onların gözündə yaratmağa çalışdığımız, "mən digər qadınlardan fərqliyəm" təsiri, yalnız əks reaksiya doğurur.

• Gülməli olmaq üçün etdiyimiz təqlidlər və ya şivəli danışmalar, biz fərqində olmasaq da mühiti istilətmir, əksinə buz kimi soyudur.

Əziz xanımlar çalışın həmişə sevdiklərinizi əlinizdə tutmağı bacarasınız. Elə edin ki onlar sizdən soyumasın. Yəqin ki bu yazım sizə bu işdə kömək edər 

Həmişə sevin və sevilin!

ŞƏRH YAZIN