Əlinə bir kitab al və ...

0
2015
Əlinə bir kitab al və ...

 Əlinə bir kitab aldığın zaman bütün stressin ötüb keçər... Bəli, stressinizi kitab oxuyaraq da ata bilərsiniz. Oksford Universitetinin alimləri bu fikirdədirlər 


Oksford Universitetinin alimlərinin apardıqları araşdırmaların nəticələrinə görə, kitab oxumaq təkcə intellektual qabiliyyəti yaxşılaşdırmır, həm də psixi və fiziki sağlamlığa müsbət təsir edir.

Professor Con Steynin sözlərinə görə İnsan oxuyarkən beynini məşq etdirir. Ciddi şəkildə kitab oxumağa aludə olmaq yalnız süjeti izləmək deyil, həm də təxəyyülün gücləndirilmiş işidir. Əgər oxuduğunuz kitabın qəhrəmanları ilə bağlı maraqlı və ya yaxşı nəsə baş verirsə, onda həmin hal xəyalən sizə də keçir.

Kitab oxuyan adamların beyninin analizi göstərir ki, qoxu, müxtəlif landşaftlar və ya dadlar haqqında oxuyan zaman beyində mənimsəməyə görə cavab verən sahələr insanın reallıqda bütün bunları hiss etdiyi kimi fəallaşır. Lakin bu hal televizora baxanda və ya oyun oynayanda itir.

Alimlərin fikrincə uşaq yaşlardan böyük və çətin kitabları oxumağa çalışmaq lazımdır. Bu zaman beyin səbəb-nəticə əlaqələrini qurmağı öyrənir. Cəmi altı dəqiqə kitab oxumaq stressin səviyyəsini xeyli azaldır.

ŞƏRH YAZIN