Əsəbi halınızda sakitliyinizi qorumaq üçün ...

0
3550
Əsəbi halınızda sakitliyinizi qorumaq üçün ...

Əgər çox əsəbi və gərginsinizsə, sakitliyini qoruya bilərsiniz. Yəni, bu hallarınızda belə sakit davranmaq heç də mümkünsüz və ya çətin deyilmiş. Aparılan araşdırmalar belə deməyimizə əsas verir.

Belə ki, düşdüyünüz bu vəziyyət zamanı hadisələri kənardan seyr edirmiş kimi düşünün. Bu zaman yaşadıqlarınızı və hisslərinizi fərqli bir tərzdə dəyərləndirməyə çalışın.

ABŞ-ın Ohio State və Michigan Üniversitetlərinin tədqiqatçıları tərəfindən aparılan bu “ fərdi məsafələndirmə” üsulu əsəbi insanların onları əsəbləşdirən faktorların təsirini minimuma endirib. Fərdi məsafələndirmə üsulu çox tez bir zamanda tətbiq edilə bildiyi üçün hirsli insanların anındaca müraciət edərək sonrakı hadisələrdən daha təmkinli olmağına kömək edir. Bu haqda Journal of Experimental Social Psychology jurnalında daha ətraflı çap edilib. Burada göstərilib ki, tədqiqatlar daxilində iki təcrübə reallaşdırılıb.

Birinci təcrübədə “Musiqinin bu zaman göstərdiyi təsiri”nə əsasən tədqiqalar aparıldı. Təcrübədə, uca səslə Igor Stravinsky'nin "Rite of Spring" i dinləndirilərək verilən anaqramları (sözdəki hərflərin yerini dəyişməklə mənasını dəyişən sözlər məs: qısa-asqı) həll etməyə və cavabları interkoma səsləndirilməklərini istənmişdi. Təcrübənin təsir gücünü artırmaq üçün tez-tez müdaxilələr edilir və interkomlara daha uca səslə danışmaqları xahiş olunur. Daha sonra isə təcrübənin təsir gücünü daha da artırmaq üçün “Bunu üçüncü dəfə söyləmək məcburiyyətində qalıram. Təlimatları anlamırsanmı? Daha ucadan danış! "kimi əmirlər verildi.

Bir ağcaqanadın gözüylə izləyin.

Təcrübədə iştirak edənlər daha sonra 3 qrupa bölündü. 1-ci qrupdakılar ilk mərhələdə yaşadıqlarını yenidən təsəvürlərində canlandırmağa və yaşamağa, 2-ci yəni fərdi məsafələndirmə qrupundukaları ilk mərhələdə yaşadıqlarını kənardan seyr edirmiş kimi düşünmələrini istənilmişdi. Nəzarət qrupuna isə xüsusi bir təlimat verilməmişdi.

İkinci təcrübədəysə ilk olaraq, 94 tələbəyə əhval-ruhiyələrini ifadə etməklərini və verilən sözləri tamamlamaları istənildi (məsələn, öl .. sözün sonundakı boşluğun ölüm və ya ölçü olaraq tamamlanması). Sonra isə eyni test 86 şagird arasında aparıldı və tapdıqları cavabı ilk kimin deyəcəyi müşahidə edildi. Sonda isə hər iki təcrübədə qazananlara uduzanları uca bir səslə ələ salınmaqlarını istənildi.

Bir addım geriyə çəkilib düşünün

Nəticələrə baxdıqda, fərdi mesafelendirme üsulu istifadə edilən təcrübədəki tələbələrin, test müddətində daha az hirsli və hirsə müqavimətli olduqları müşahidə edildi. Bu tələbələr, anaqram testində qalib gəldikdə də, itirən yoldaşlarına daha aşağı səs tonuyla və daha anlayışlı davranmışdı.

Tərübədə iştirak edən Ohio Universitetindən ünsiyyət və psixologiya üzrə professoru Brad J. Bushman, “İnsan təbii olaraq özünə sərhəd qoymur. Nəticədə hirslənən zaman yaşadığı hisslər onlara üstün gəlir.” Daha sonra Bushman, "Ağlımızda təcavüzkar düşüncələr və hisslər tutsaq, bu zaman düşünülməz hərəkət etməmiz də qaçınılmazdir ... Bu zaman isə ən doğru hərəkət, geriyə bir addım atmaq və içində olduğumuz vəziyyəti tavanda gəzişən bir ağcaqanadın gözüylə izləməkdir" dedi.

ŞƏRH YAZIN