Stresslə Savaşın!

0
1786
Stresslə Savaşın!

Günlük həyatımızın boğucu stressindən uzaq qalmaq mümkünsüzdür. Bizim sizin üçün hazırladığımız təkliflərlə stresi azaltmaq öz əlinizdədir!

Kompüterin qarşısında işləyərkən hər 40-50 dəqiqədən bir qalxın, təmiz hava alın və qısa bir yürüyüş edin və bol-bol təmiz hava qəbul edin.
 
Üzünüzü gül suyu ilə yumaq sakitləşdirici və dinləndirici təsir yaradır.
 
Tez əsəbləşən birisinizsə evinizdə və iş yerinizdə səndəl ağacı qoxusundan istifadə edin.
 
Yağlı və çox ədviyyatlı yeməklərdən qaçın. Yediklərimiz ruhsal durumumuz üzərində önəmli bir təsirə malikdir.
 
Güldana təzə çiçəklər qoyub özünüzə yaxın bir yerdə yerləşdirin. Əsəbləşdiyiniz zaman bir müddət onu izləyin.
 
Suyun hər zaman sakitləşdirici təsiri var. Duzlu suyla dolu vanna qəbul etmək sizi çox yaxşı hiss elətdirəcək.
 
Uzun müddət oturduğunuz otaqlarda yaşıl və mavi kimi açıq rənglərdə olan divar kağızından istifadə edin.
 
Hər gün özünüz üçün vacib işlər listi hazırlayın. Bu sizin içinizdə olan stresi azaldar.
 
Stressdə olduğunuz zaman müxtəlif yumor jurnallarını və ya videolarını izləyə bilərsiniz.
 
Əsəbi olduğunuz zaman sevdiyiniz hər hansı bir işlə və ya hobbinizlə məşğul ola bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN