Temperament haqqında

0
3427
Temperament haqqında

Temperament sözünün latın dilində hərfi tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir.Yunan həkimi Hippokrat (V-IV əsr) tətbiq etmişdir. Temperament dedikdə o insanın həm fərdi anatomik-fizioloji, həm də psixoloji xüsusiyyətlərini nəzərdə tutmuşdur. Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, xolerik, fleqmatik və melanxolik adları müasir psixologiya indi də işlənilməkdədir.

 
Temperament psixi fəaliyyətin dinamik xarakteristikası kimi təzahür edir. Psixi fəaliyyətin və ya davranışın dinamik xarakteristikası çoxcəhətlidir. Onun xüsusiyyətlərini təhlil etmək üçün sürət, temp (tezlik dərəcəsi), ritm, intensivlik, plastiklik, dözümlülük və s. kimi müxtəlif anlayışlardan istifadə olunur.
 
İnsanlar psixi fəaliyyətin dinamik xarakteristikasına görə bir-birindən fərqlənirlər.
Temperament xüsusiyyətlərini düzgün xarakterizə etmək üçün biz bir mühüm cəhəti dəqiqləşdirməliyik: psixi fəaliyyətin dinamik xüsusiyyətləri çoxdur. Onlar təkcə temperamentlə deyil, həm də fəaliyyətin motivləri, insanın adətləri, psixi halətləri, situasiyanın tələbləri və s. ilə şərtlənir.
 
Temperament insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarını, emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.
 

ŞƏRH YAZIN