Kişiləri Xoşbəxt Etməyin 7 Qaydası

0
1937
Kişiləri Xoşbəxt Etməyin 7 Qaydası

Kişilərin sahiblənmək duyğusunu hamımız bilirik. Hər nə olursa olsun özlərini hiss etmək, hiss etdirmək istəyərlər. Kişilərin bu vəziyyətlərini tərsləmək, döyüşə dəvətnamə çıxarmaqla sinonimdir. Kişiləri bir az xasiyyətlərinə uyğun gedərək onları xoşbəxt edə bilər, onları həyat boyu itirmədən xoşbəxt bir evlilik yarada bilərsiniz.

1) MƏSLƏHƏT AL !  Şəhərin içindəki ən qısa yolları tapmaq kimi bir qabiliyyəti varsa, bu mövzuda mütləq onunla məsləhətləşməlisən. Buna çox sevinəcək və yolu təsvir edərkən sevincdən uçacaq.

2) HƏFTƏ SONU PLANINI ETMƏSİNƏ İCAZƏ VER ! Onun sevdiyi şeyləri edin. Məsələn, əvvəl futbol oyununa gedin, sonra ocaq başında kabab yeməyə gedə bilərsiniz.  

3) EVDƏKİ TƏMİR İŞLƏRİNİ ONA TƏHVİL VER !  Burax axan borunu özü təmir etsin. Əsla təsisatçını axtarma! ‘The Secrets Of Happy Families: Eight Keys to Building a Lifetime of Connection and Contentment' kitabının yazıçısı Scott Haltzman bu cür vəziyyətlərdə çöldən kömək çağırmaqda israr edən qadınların çox sinir pozucu olduğunu söyləyir. Burax o məşğul olsun, amma bitirməsi üçün bir az zaman ayır.

4) TƏRİFLƏMƏ SƏNƏTİNƏ ƏL AT ! İltifatlar çox təsirlidir. Ona masajda, seksdə, mətbəxdə və hər yerdə çox yaxşı olduğunu bol- bol xatırlat. Bu şəkildə şövqünü ikiyə qatlayacaqsan. Qətiliklə işə yarayır.

5) QISQANIRMIŞ KİMİ ET !Kişilər hərdənbir qısqanılmağı sevər. Bunu edərkən əsla dır-dır edib bezdirməməyə diqqət göstər, amma ona qısqandığını və ehtiyac duyduğunu da hiss etdir. Peşman olmayacaqsan.

6) ONUN KRALİÇASI OL !Arada bir köynəyini ütüləyib ən sevdiyi yeməyi edə bilərsən. 

7) YOLDAŞLARINA VƏ AİLƏSİNƏ YAXŞI DAVRAN !Ailəsinə nəzakətli, yoldaşlarına səmimi görünməlisən. Amma bu hər dəqiqə ziyarətə gələ bilərlər mənasını verməz! Aradakı xətti çox yaxşı nizamlamalısan.

 Korrektor redaktor: Salmanlı Ayna

 

 

ŞƏRH YAZIN