Paul Auster Deyir Ki..

0
3208
Paul Auster Deyir Ki..

Hayatı gözyaşlarınla qiymətləndirməkdənsə, gülüşünlə cəzalandır.

Olması lazım olanlar onsuz da yanındadırlar... Və yanında olmayıb gedənlər, nə ağlında olmalıdır, nə də vecinə.


Unutma, ciddiyə al, amma bağlanma.

Zarafat et, amma qırma. 

Sahib ol bu həyatda, amma əsla aid olma.


Fərq biriləri fərqli olmağa çalışarkən, həyatda özün olmaqdır. 

Bil ki, seçici olmamaq əslində keçici olmağa məhkum qalmaqdır.


Həyatın ən qəmgin anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyün andır. Ən büyük itkin isə ona xərclədiyin zamandır.


Hər kəs ikinci bir şansa laiqdir deyərlər. Unutma, "Sevən gerçəkdən sevsə, ilk şansını itirməzdi."


İnsanın ən büyük səhvi sevmək deyil, sevməyə layiq olmayan birindən sevilməyi gözləməkdir!

Paul Auster sozleri

 

Hər gün yüzlərlə xəyal qurarsan və heç biri doğru olmaz, amma bir gün bir həqiqət yaşarsan, heç bir xəyala sığmaz...

 

Durğundursa insan bəlkə bir səbəbi, susqundursa bir səbəbi var. Sən susqunluğuna aldanma kimsənin... Bil ki, hər şeyin bir zamanı var.


Bu dünya beş para belə etməz, unutma. 

Özünü dünyalar qədər dəyərli sananlar isə özünün qiymətini bilər əslində.


Hər kəsin bir münasibəti var, amma heç biri sevmir. Hər kəsin bir sevdiyi var, amma heç biri qovuşa bilmir.

 

Bəzilərinin münasibəti var, amma sevdiyi yoxdur. Bəzilərinin sevdiyi var, amma münasibəti yoxdur.

 

Geridə buraxdıqlarım hesab sormağa qalxmasın. 

Fərqinizdə olduğum üçün varoldunuz, imtina etdiyim üçün artıq yoxsunuz.


Nə qədər sevirsən sev, əsla bildirmə sevgini. Çünki sevdiyin şəxs sevildiyi qədər qıracaqdır səni.


Maddə 1: Hər şeyə inad gül.

Maddə 2: Ölümünə sev.

Maddə 3: Onu aldatma.

Maddə 4: O, səni aldadırsa, maddə 1i xatırla.


Tərk edilən birinə "həyat necə gedir" deyə sual verilməz. Çünki onsuz da tək problem həyatın davam etməsidir.

 

Sən istəsən əgər, keçmiş unudula bilər, amma etdiyin hər seçimdə bir daha düşün. Çünki gələcək, geçmiş qədər insaflı olmaya bilər.

 

Bir dəfə aldadan şəxsi bağışlasan, səni yenə qırar. Çünki xəyanət bir ruh halı deyil, xarakterin bir növüdür.


Öz dəyərlərindən hər hansı bir insan uğruna imtina etdinsə, o insana dönüb, yaxşıca bax. O insan artıq ya hər şeyindir, ya da heç bir şeyin.

 

Biz çiçək yoluruq sevir və ya sevmir deyə. Həyatda bizi yolur əslində, dayanacaq və ya dayanamayacaq deyə.


Əsas olan dərdlərdən uzaq durmağı necə bacara bildiyiniz deyil, başınız dərdə girəndə bunun üstəsindən necə gəldiyinizdir.

 

Sizi şirin göstərəcək qədər sevinciniz olsun, güclü göstərəcək qədər qəminiz və sizdən istifadə etmələrinə fürsət verməyəcək qədər ümidiniz.


Sadə oğlan bütün xanımlara "gözəlsən" deməyi seçim edər, bu bir həqiqətdir. Heç bir qadın da buna inanmaz, bu da bir həqiqətdir.


Qadın münasibətin başında həmişə sonu düşünər, sona yaxınlaşanda başlanğıcı özlər. Oğlan isə sonu istə
r və bitməsini gözləyər.


Getməsini biləcəksən kimi zaman, arxana belə baxmadan!
Kimi zaman isə söyləyəcəksən sevdiyini, çox gec qalmadan.

 

Sən onun həyatında bir seçimsənsə, onun sənin həyatında bir öncəlik olmasına icazə vermə!


"Niyə xoşbəxt deyilsən?" dedi. "Bədbəxt deyil, bacarıqsızam" dedim. Sizin kimi xoşbəxt olduğumu sanmağı bacarmıram...


Bilirəm ki, düşmək deyildir insanları incidən... Əlindən tutar kimi edib, əslində itələyənlərdir insanı həyata küsdürən.


Birini unutmaq məcburiyyətindəsənsə, bunu sindirə-sindirə e
t. Çünki ağlın zamansız öldürdükləri, ürəkdə amansız dirilər.


Bir gözəllik et özünə... Sadəcə sahib olduqlarını düşün, xoşbəxt ol onlarla.
Sahib olmadıqların peşman olsunlar səninlə olmadıqlarına.

 

 

 Korrektə etdi: Elnarə İzel

ŞƏRH YAZIN