Popsugarın banisi : Gərgin işim xoşbəxtliyimə mane deyil

0
2050
Popsugarın banisi : Gərgin işim xoşbəxtliyimə mane deyil

Əgər gərginliyi bol olan bir işə girmisinizsə, stresi azaltmaq üçün çıxış yolu axtarmağa başlasanız yaxşı olar. Mən bitirmə vaxtı az olan işləri, zamana qarşı yarışmağı və iş zamanı sürəti sevirəm. POPSUGAR-dakı işim nə qədər stresli olsa da, bu açıq ürək əməliyyatı deyil. 

Gərgin keçən iş saatlarınız varsa, gələcək planlarınızı göz önündə tutmalısınız. Nə işləyirsinizsə işləyin, əgər iş yerində əksər məsələlər sizin əlinizin altından keçirsə, bu o deməkdir ki, məsləhətlərimizə yaxşı qulaq verin.
 
1.Beyninizi təzə saxlayın
Nə qədər məşğul olmasından asılı olmayaraq fasiləyə hər birimizin ehtiyacı var və bunu unutmayın ki, xaoslarla başınızı yormamalısınız. Mən səhərlər oyanandan sonra e-poçtlarımı kontrol edirəm və duş alıram. Həmin bu uzun duş mənə imkan yaradır ki, günümü planlayım, ilk öncə hansı işlə başlayacağıma qərar verim. Bəlkə duş almaq mənə kömək etsə də, başqaları üçün işə yaramır. Onlar səhər idmanı, meditasiya və ya itlə kiçik gəzinti ilə günə başlaya bilərlər. Gün ərzində özünüzü gərəksiz səs-küydən nə qədər uzaq saxlasanız, o qədər məhsuldar gününüz olacaq. 
 
Tutaq ki, buna rəğmən gününüz getdikcə stresini artırmağa davam edir. O zaman dərhal işi saxlayın. Bu zaman stresi dağıtmaq üçün kiçik gəzintiyə çıxa, mətbəxdə iş yoldaşınızla yemək yeyərkən söhbət edə, telefonla ailə üzvünüz və ya dostunuzla söhbət edə bilərsiniz. Bu sizi tamamilə rahatlaşdırmasa belə, günün geri qalanını daha sakit keçirəcəksiniz.
 
2.İstirahət edin
Hər biriniz bunun sadə məsləhət olduğunu deyə bilərsiniz. Ancaq gəlin qəbul edək ki, biz istirahətimizi düzgün etmirik. Yuxu önəmlidir. Beynimizin dincəlməyə və regenasiyaya ehtiyacı var. Əgər yorğun və əsəbisinizsə, səhvlər etməyə, ətrafınızdakılara qarşı kobud olmağa daha meyilli olacaqsınız. Həm də bu şəraitdə 100% performans imkansızdır. Az yatmaları ilə fəxr edən insanlara qulaq verməyin. Bütün tədqiqatlar göstərir ki, yuxu insan sağlamlığı və məhsuldarlığı üçün ən önəmli faktorlardandır. Nə qədər yaxşı istirahət etsəniz, o qədər uğurlu olarsınız. Əgər iş saatlarınızın çox gərgin olduğundan əminsinizsə, haqlarınızı vaxtında tələb edin və beləliklə, tez-tez rastlaşdığınız yorğunluqlarla sağollaşın.
 
3.Öz komandanızı qurun
İşiniz nə qədər ağırdırsa, istirahətiniz də bir o qədər əyləncəli olmalıdır. Bu o deməkdir ki, ətrafınızı düzgün seçməlisiniz. Belə ki, bu komanda eyni gərginliyi bölüşdüyünüz iş yoldaşlarınızdan da ibarət ola bilər, kənar dost qrupunda da. Sayın da önəmi yoxdur, böyük və ya bir neçə nəfərdən təşkil olunması da əhəmiyyət kəsb etmir. Əsas odur ki, həmin komanda ilə işi arxada qoyub, stresdən yetərincə uzaqlaşacaqsınız. Yəni cümə gününü nə dərəcədə həyəcanla və istəklə gözləyirsinizsə, güvəndiyiniz dostlarınızla o qədər əylənin.
 
Mən iş həftəmi gözəl bir axşam yeməyi və kino ilə bitirməyi sevirəm. Yorucu və uşaqları da hər gecə çarpayılarına qoyduğum həftənin sonunda özümü dostlarımla və ərim Brianla vaxt keçirərək mükafatlandırıram. Cümə günü digər günlərə nisbətən daha tez yatıram.
 
4.Bütün uğurlarınızı qeyd edin
Sürətli tempi olan işdə kiçik uğurlarımızı qeyd etmək ağlımıza gəlmir. Böyük uğurlar daha çox göz önündə olsa da, digərlərini isə kiçik bir anlıq sevinclə qeyd etsək də, unutmayın ki, onlara görə də təbrik almaq haqqınız var. Qarşınıza hər gün kiçik məqsədlər qoyun və bu yolla həm stresdən uzaqlaşacaqsınız, həm də zamanla böyüyən məqsədləriniz sayəsində böyük addımlar atmış olacaqsınız. 
 
5.Təbrik etməyi bacarın
Özünüzü kifayət qədər tanımanız qədər sevgini və əyləncəni sizin kimi gərgin olan iş yoldaşlarınızla paylaşmanız da önəmlidir. Hətta kiçik bir gülümsəmə belə bir-bizimizin çiynindən yükü götürməyə kifayətdir. Əksəriyyətinizin məqsədi eynidir. Bu səbəbdən də çətin zamanlarda tək və mənasız gecə keçirmək əvəzinə bir-birinizin yanında olun, kömək edin və gözəl, əyləncə dolu xatirələr qazanın. 
 
Bir çoxumuz təzyiq altında işləyirik. Bu bəzən əyləncəli ola bilər, və ya bu sayədə hər həyəcan dolu anda özümüzü bir az da kəşf edə bilərik. Ancaq bu fikirlər hamıya aid olmaya bilər. Stresin əlindən qazandığı uğurları da gözünə görünməyənlər üçün məsləhətim: beyninizi təmizləmək üçün və işdə nələri xoşladığınızı tapmaq üçün vaxt ayırın. Ancaq bütün bunların sonunda istədiyiniz nəticə gəlib çıxmırsa, onda eyni işi başqa bir yerdə axtarmaqdan çəkinməyin.
 
 
 
Tərcümə etdi: Jalə Mirzəyeva
 
 

ŞƏRH YAZIN