Qartallar Və Toyuqlar

Qartallar Və Toyuqlar

Tanrı qartalları mütəqil və azad yaratmışdır. Elə bu səbəbdəndir ki, qartallar azad və müstəqil olaraq dünyaya gəlməyi, yaşamağı, ovlanmağı və hətta ölməyi sevirlər. Müstəqillik həyatla eyni mənalıdır qartallara, qul olmaq isə ölümün tam özüdür.

Türklər də azad və müstəqil olaraq yaşamağı, evlənməyi, ailə qurmağı, çoxalmağı, dünyaya gəlməyi və tərki-dünya olmağı sevən, hətta lazım olduqda bunun üçün canlarını verən Yaradanın qullarındandır.

                                                                        ***

Bir gün yaşlı bir qadın yaralı qartalı tutmuş. “Vaay”-demiş, “Yazıq quşun halına bax. Dırnaqları və dimdiyi yamanca uzanmış, baxımsız qalmış yazıq” deyə, yarı canlı olan bu quşun dırnaq və dimdiyini qısaltmış, qanadlarını da kəşmiş. Hələ bununla da rahatlıq tapmayıb, quşu qəfəsə salmışdı. Öna öz əlləri ilə hazırladığı yeməklərdən vermiş, yazıq quş ac olduğu halda niyəsə heç yemirdi. Yaşlı qadın bu iri quşun həyətindəki toyuqları kimi nə üçün arpa, buğda yemədiyini başa düşməyib.

Axırda yazıq quş öldü.

                                                                       ***

Yaşlı qadın toyuğa göstərdiyi diqqətin qartala dərman ola bilməyəcəyini başa düşmədi.

                                                                      ***

İkisinin tək ortaq nöqtəsi ikisinin də tək Allah tərəfindən quş olaraq yaradılmaları idi. Tək fərqləri isə qartalın qul olmağı qəbul etməməsi, toyuğun isə qul olmaqdan başqa bir həyatı bilməməsidir. Toyuq azad yaşamağı heç vaxt xəyal edə bilməz. Çünki azadlıq onlar üçün yad bir anlayışdır. İstəsə belə qartal toyuq kimi yaşaya bilməz, toyuq isə heç vaxt qartal ola bilməz.

                                                                      ***

Bu günlərdə qartalların sayı çox azdır, lakin toyuqların sayı çoxalır. Amma bircə qartalın minlərlə toyuğa bərabər olduğunu söyləməyə də ehtiyac yoxdur deyə düşünürəm.

                                                                      ***

Toyuqlar uçmağı heç vaxt bacarmazlar. Uçmadığı üçün də uzaqları görə bilməz.

                                                                      ***

Uzağı görə bilən, dərin və geniş düşünən insana bizlər ona görə “qartal baxışlı”, “qartal düçüncəli insan” deyirik.

Qartallar toyuqları qəbul etməz. Amma qartallara toyuq münasibəti göstərənlər və göstərmək istəyənlər hər zaman olmuşdur. Bu da qartalları narahat edər və ciddi-ciddi düşünməyə vadar edər.

                                                                    ***

Toyuqlar düşünməzlər.

Sahibləri tərəfindən verilən yeməklə məşğuldurlar. Sahiblərinin boş qablarına yemək olmaq üçün.

Toyuqların yumurtalarından ləzzətli qayğanaqlar hazırlanacaq.

Tükləri sahiblərinə yastıq olacaq.

                                                                  ***

Qartal azad olaraq doğulacaq, azad olaraq öləcək.

Amma əsla toyuq olmayacaq.

 

Tərcümə etdi: Sarah Nəcəf

 

ŞƏRH YAZIN