Yaxşı Maaşdan Daha Vacibi

Yaxşı Maaşdan Daha Vacibi

İşləyənlərin motivasiyasında təbii ki, yüksək maaş önəmli bir rola sahibdir. Ancaq araşdırmalara görə yaxşı maaşın təsiri davamlı olmur. Bütün dünyada işləyənlərin yarıdan çoxu (58%) zövqlü-maraqlı bir işin, yaxşı maaşdan daha önəmli olduğunu düşünür.

MARAQLI BİR İŞ, YAXŞI MAAŞDAN DAHA ÇOX SEÇİLİR.
 
32 ölkəni əhatə edən hesabata görə, bütün dünyada işləyənlərin yarıdan çoxu zövqlü işin yaxşı maaşı olan bir işdən daha vacib olduğunu düşünür. 
 
Təxminən 10 ildir “Workmonitor” adı altında ildə 4 dəfə beynəlxalq iş dünyası meyillərini araşdıran, dünyanın ikinci böyük insan resursları məsləhət şirkətləri Randstad Avropa, Asiya, Amerika qitələrinin, Türkiyənin də daxil olduğu 32 ölkəni əhatə edən hesabat yayımladı. Workmonitor nəticələrinə görə, bütün dünyada işləyənlərin 82 %-i işləmək üçün yaşadıqlarından çox, yaşamaq üçün işlədiklərini söylədi. Hesabata görə, bütün dünyada işləyənlərin yarıdan çoxu (58%) zövqlü bir işin, yaxşı bir maaşdan daha önəmli olduğunu qeyd etdi. Tədqiqata qatılan quzey ölkələrdə işləyənlərin böyük əksəriyyəti bu düşüncəyə malik ikən Hong Kong, Malayziya və Hindistanlı işçilər üçün maaş çox güclü təsirə malikdir.
 
Avropada iş məmnuniyyəti artdı 
İşləyənlərin gözlənti, meyl, həssasiyyət və inamlarını təqib edə bilmək üçün 10 ildir davamlı olaraq gərçəkləşdirilən Workmonitor hesabatının bu ilki ikinci araşdırmasında yenə önəmli tapıntıların ortaya çıxdığı göstərilir. Belə ki, onlar “bu il reallaşdırdığımız ikinci araşdırmanın nəticəsinə görə dünyada ən məmnun işçilərin Avropada olduğu ortaya çıxdı. İşçilərin iş məmnuniyyəti baxımından keçən ilə nisbətdə önəmli irəliləyişin olduğu ölkələr isə Fransa, İsveçrə, Danimarka və Türkiyə oldu. Avropadan kənarda isə Hindistan və Yeni Zellandiyadakı işçilər də işlərindən məmnundurlar. Keçən dəfə ki, araşdırmaya görə, bu ölkələrdə xeyli irəliləyiş var” deyə bildirdilər. Həmçinin bu məlumata əlavə olaraq “Xüsusilə İtaliya, Almaniya, Lüksemburq və Türkiyədəki işçilərin məmnuniyyətindən əlavə işçilərin motivasiyaları da xeyli yüksəkdir. Avropa xaricində işlərinə sevgi və istəklə Meksika və Hindistanda yanaşıldığının şahidi olduq”-deyə vurğulayıblar.
 
İşdən çıxartmaq əvəzinə, maaş kəsməyə daha düzgün baxırlar
Workmonitor tədqiqatına qatılanların 42%-i iş sahiblərinin maddi çətinlikləri olduğuna işarə edərkən, belə olduqda işdən çıxarılmağı özünə problem edən insanların 36%-i maaşlarının bir qismindən vaz keçməyi qəbul etdiklərini qeyd edirlər. Hindistanda maaşının bir hissəsini almayan əhali 71% təşkil edir. Bu rəqəm İspaniyada 62%, ABŞ-da isə sadəcə 22%-lik kütləni əhatə edir. 
 
Şəxsi münasibətlər, işdəki uğurunuza təsir göstərir
Tədqiqatda önə çıxan digər bir problem isə iş yerindəki münasibətlər haqqındadır. Workmonitor nəticələrinə görə, bütün dünyada işləyən insanların 64%-i iş yoldaşları ilə işdən kənar münasibətləri olduğu, 71% yaxın dostluqlar qurduğunu söyləyərkən, bu faizin xüsusilə Braziliyada 93% və Hong Kongda 91% olduğunu müəyyənləşdirmişdi. Çində, Hindistanda, Malayziyada bu vəziyyətin 70% təşkil etdiyi bildirilib. Lüksemburq və Hindistan kimi ölkələrdə 63%-65% insan iş yerindəki dostluqların iş uğuruna ziyan vurduqlarına inanırlar. İspaniya, Meksika, Hong Kong yaşayan insanlarda işdəki münasibətlərin müəyyən çərçivə daxilində qalmasının tərəfdarıdırlar.

Tərcümə etdi: Sarah Nəcəf
 

ŞƏRH YAZIN