Balaca Xərcəngin İbrətamiz Həyat Hekayəsi.

0
4552
Balaca Xərcəngin İbrətamiz Həyat Hekayəsi.

Ailəsi dağılan balaca xərcəng anasının ölümündən sonra öz doğru bildiyi yolda tək irəliləməyə başlayır.Atası ona deyir:
- Ya əvvəlki kimi bizimlə qalıb yaşamağa davam edərsən ,ya da bizi tərk edərsən.
Balaca xərcəng öz doğru bildiyi yolda öz doğruları ilə yaşamağa başlayır.Heç kəs onu normal qarşılamır, bütün həmcinsləri ona nifrətlə yanaşır və heç kim ona kömək etmir.Hətta qurbağalar,böcəklər və digər heyvanlar belə bu balacanı gördükləri zaman lağa qoyur və o irəliyə doğru getdikcə dünyanın tərsinə döndüyünü düşünür.
Balaca xərcəng bir gün yolun ortasında yalnız və  yaşlı bir xərcəngə rast gəlir, Yaşlı xərcəng ona deyir:
- Mən də gənc olarkən sənin kimi düşünürdüm .Öz doğrularımla hərəkət edir və ətrafımdakılara da bunu təbliğ edirdim.İndi nəticəsi bax,budur:heç kim mənimlə danışmır,tək-tənha yaşayıram və hər kəs məndən qaçır.Nə qədər ki,gec deyil,başqaları kimi olmağa çalış,o zaman xoşbəxt olacaq və mənə təşəkkür edəcəksən.Balaca xərcəng deyir:
- Xeyr,mən haqlıyam.
 

Nəticə: Hara qədər getdi?Nə əldə edə bildi?Bilinməz.Bilinən tək şey,bu cür səssiz qəhrəmanların dünyamızda sayca çox olmasıdır.
 
 
Tərcümə edən:Nəzrin Məmmədova
 

ŞƏRH YAZIN