Gündəlik Translar

0
1411
Gündəlik Translar

"Milton" modelinin əhatəli bir şərhini göstərmək əvəzinə, hər gün qarşılaşdığımız translara və bunların praktik tətbiqlərinə nəzər yetirək. Fərz edin ki, həyat bəzən dərin, bəzən dayaz, bəzən qısa, bəzən də uzun olan bir sıra translardan ibarətdir. Bu gündəlik translardan bəziləri nəzarətimiz altındadır—istədiyimiz zaman bunlardan ‘’ayrılıb’’ özümüzə gələ bilərik. Bəzi translar bizi tutar və buraxmazlar. Bəziləri isə məhsuldar və yaradıcıdırlar. Ad günlərindən və hədiyyələrdən bəhs edərkən, uşaqların transa girdiklərinin şahidi olarsınız. Bütün bunların necə olacağının xəyalını qurarlar. Keçmişin xatirələrindən istifadə edərək, gələcəyi yaradar və ya təxmin edərlər. Gözləri açıq bir vəziyyətdə müsbət bir transa girdiklərini görərik. Tarixi bir sevgi romanı, fantastika kitabları və ya qorxu hekayələri sizi bir xəyal dünyasına aparar. Bir çoxumuz qorxu romanı oxuduqdan və ya qorxulu bir film izlədikdən sonra yatarkən, canavarlardan qorunmaq üçün yorğanı başımıza çəkirdik. Xəyal dünyası əsl dünyamızı zəbt edə bilər. 

Bir də mənfi trans nümunəsi verək. Cozef adlı biri, bir firmada məsləhətçi kimi işləyirdi. İşlədiyi firmadan biri zəng edib,ona işini bəyənmədiyini və ödəyəcəkləri məvacibin çox olduğunu dedi. Cozef telefondan bir an üçün ayrıldı və məktəbdəki günlərini —insanların onun işlərini qiymətləndirərkən haqsızlıq etdikləri zamanları düşünməyə başladı. Sonra o firma üçün etdiklərini düşündü. İşinin yaxşı olduğundan əmin idi. Şirkətin bütün əhəmiyyətli problemlərini ələ almışdı. Bəlkə də ona ödəniş etməyəcəklərdi. Hirsləndi.. Bunun haqsızlıq olduğunu düşündü. Buna haqları yox idi. Demək olar ki, bundan sonrakı iclasa gedib, ödənişi istəmədiyini bildirəcək və təşəkkür edib,onlarla işləmək istəmədiyini deyəcəkdi. Bu, onun transı idi. Əslində danışdığı adam vəziyyəti yenidən qiymətləndirmişdi və onun işini bəyənmişdi. Ödəniş çekini də çoxdan poçtla göndərmişdi. 
Sizin hər gün yaşadığınız translar hansılardır? Davamlı içində olduğunuz, sizi gücsüzləşdirən translar varmı? Bunlara nəyin səbəb olduğunu tapın. Bu bir xarici faktor ola bilər. Məsələn, spesifik xarici bir səs tonu.. Bu daxili faktor da ola bilər. Məsələn, müəyyən bir düşüncə və ya xatirə. Transa səbəb olanlar tələ kimidirlər. Bir dəfə düşdünüzsə, çıxmağınız çox çətindir. Transı hələ inkişaf etməmişdən tutun və inkişaf etməsinin qarşısını alın. Transa girmiş olduğunuzu anladığınız zaman bu vəziyyəti qəbul edin və xarici dünyaya diqqətinizi verməklə, transdan çıxın. Əgər siz indiki zamanı yaşayırsınızsa,transa girməzsiniz. Unutmayın, trans, siz deyilsiniz. Bu, içinə girdiyiniz, bu səbəbdən də, istədiyiniz zaman içindən çıxa biləcəyiniz bir şeydir. Bütün seçimlərimizin bir məqsədi vardır. Bunlar problemlərimizin həll yolu üçündür. Transın sizə nə etdiyini düşünün və davranışınızı dəyişdirin.
 
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc
 

ŞƏRH YAZIN