Məzuniyyətdən qayıtmısınızsa ...

0
909
Məzuniyyətdən qayıtmısınızsa ...

 Məzuniyyətdən qayıtmısınız və işə adaptasiya olunmağın zamanıdır. Amma nə qədər cəhd etsəniz də alınmır ki, alınmır. Mütəxəssislərdən tam sizə görə məsləhətlər var. İşə adaptasiya prosesini necə sürətləndirmək və asanlaşdırmaq olar? 


1. Əvvəlcədən hazırlaşın
 
Tətillərdən sonra iş yerinə alışmağa əvvəldən hazır olmaq, yəni iş masasında və işə aid qovluqlarda səliqə-sahman yaratmaq lazımdır. Bu sizin işlərinizi azaltmağa, nəyi harada axtarmaq lazım olduğunu bilməyinizə yardım edər. Məzuniyyətdən sonra işə yaxşı əhval-ruhiyyə ilə qayıtmaqdan ötrü əvvəlcədən işləri görüb qurtarmaq, üst-üstə yığıb saxlamamaq yaxşı olar. Rəhbərliyin tapşırıqlarını siyirmədə saxlamayın ki, işlər qalaqlanmasın. Bundan başqa, çətin və məsuliyyətli işləri də yekunlaşdırmaq lazımdır ki, istirahətdən sonra dilxorçuluq yaranmasın. 

2. İstədiyiniz kimi dincəlin
 
Tətili yaxşı keçirmək lazımdır. Ailəniz üçün vaxt ayırmağa imkan olmadıqda bu boşluğu doldurmaq olar - ailə üzvlərinizlə birlikdə qonaq otağına toplaşıb vaxtınızı maraqlı keçirin! Stolüstü oyunlar oynayın, birlikdə yeni əl işləri yaradın, söhbət edin, ailəvi şəkildə filmlərə baxın. Bir yerdə harasa getmək də olar, axı tətillər ailə münasibətlərini yoluna qoymaq üçün əla imkandır! Özü də bu, yeganə imkan deyil. Xarici ölkələrdən birinə səyahət edin. Qoy lap baha başa gəlsin, məgər bütün il uzunu azmı zəhmət çəkmisiniz? Əgər xaricə səfər etməyiniz heç cür alınmırsa, burada da dincəlmək olar. Sadəcə elə planlaşdırmaq lazımdır ki, darıxmağa imkan qalmasın.

3. Hərəkət planı tərtib edin
 
Plan tərtib etmək - işin yaratdığı «zərərli təsirləri» azaltmağa kömək edən digər variantdır. Bunu istirahətdən sonra ilk iş günü, yaxud həmin ərəfədə də etmək olar. Bura iş ritminə qoşulmazdan əvvəl əl-qolun, bədənin açılması məqsədilə edilən hərəkətlər aiddir. Ən əsası - vaciblilik səviyyəsi, həmçinin məzmununa görə işləri növlərə ayırmaqdır. Tətildən dərhal sonra fəallığın coşqunlaşacağını gözləmək və qalaq-qalaq işləri planlaşdırmaq olmaz. İmkan daxilində iş məcrasına qoşulmağa çalışın - məhz bu yolla stress yükünü azaltmaq olar. Bir neçə gününüz fəallaşmağa sərf olunacaqsa, bu normaldır, odur ki, birinci həftə üçün hər günə bir neçə vacib iş planlaşdırın və cədvəlinizi sadə məşğələlər hesabına yüngülləşdirin.

4. Adaptasiya 
 
Bir çox insanlar məzuniyyətlərini ailə çərçivəsində keçirir. Xüsusi olaraq kalorili qidalardan və mümkün içkilərdən hazırlanmış menyu, yaxın insanlarla ünsiyyət hər kəsi dincəlməyə, bütün problemləri unutmağa, hər xırda məsələyə görə reaksiya verməyə və… belə «passiv» həyat tərzinə uyğunlaşmağa məcbur edir. Razılaşın ki, daha xoş vaxt keçirməyə uyğunlaşmaq istirahət sonrası depressiyanın başlıca səbəbidır. Yəni insan yalnız dinc həyat tərzinə adət edəndən sonra qarşıdan gələn tamamilə əks iş şəraitinə qayıtmağa məcbur olur. Məzuniyyət sonrası depressiya da məhz «həyata» belə kəskin qayıdışdan sonra yaranır. 

5. Rejim və yenə rejim!
 
Təəccüblü deyil ki, istirahət günlərində hərgünkü adi rejim normadan çıxır. Çünki bəzən axşam qonaqlıqları və yaxınlarla görüşlər gecəyarıya qədər davam edir. Ona görə də məzuniyyətdən sonra elə ilk gün işə gecikməmək üçün tətilinizin son günləri özünüzü eyni saatda yatmağa və yuxudan oyanmağa məcbur edin. 

6. Qidalanma 
 
Yenidən işə qayıtmaq ərəfəsində müəyyən diyetaya riayət edin: nəfsi saxlama belə diyetanın əsasını təşkil edir. Artıq bundan sonra orqanizmi kalorili qidalarla «yükləməyinə» dəyməz. Odur ki, yaşıl çayla limon, yaxud bir qaşıq bal və yaxud ağartı məhsulları - tonus üçün sizə lazım olan qidalardır. Belə ki, artıq yorulmuş mədə-bağırsaq traktını yenidən əvvəlki rejiminə qaytarmaq üçün əsas yol budur. 

7. Qarderob
 
Qəribə də olsa, məzuniyyətdən sonra işə çıxarkən qadınlar özlərində, xüsusilə də qarderoblarındakı yenilikləri nümayiş etdirmək qədər heç nəyə həvəs göstərmirlər. Ona görə də tətildə az da olsa vaxta qənaət etməyə imkan tapsanız, işə arzuladığınız qiyafədə qayıtmağa kömək edən şopinqə gedin. 

8. Keçmişi xatırlamaq
 
Psixoloqlar məsləhət görürlər ki, istirahət tətillərindən sonra işə yaxşı əhvalda qayıtmaq üçün ötüb-keçən ildə qazanılan uğurları xatırlamaq müsbət nəticə verir. Axı xoş xatirələr insana müsbət enerji verir və onu yeni qələbələrə həvəsləndirir. Belə xatirələr iş prosesində motivasiya da yarada bilir. Yadda saxlayın: məzuniyyətdən sonra ilk iş gününüz tələsməklə başlayacaq. Ona görə ofisə gələndə işlərin hamısına birdən başlamaq lazım deyil. Həmkarlarınızla söhbət etmək üçün vaxt ayırmaqdan qorxmayın. Əksinə, təəssüratlarınızı danışın, öz sözlərinizin təsirindən müsbət emosiyalarla yüklənin. 

9. İş problemlərini ofis, yaxud idarədə saxlamağı öyrənin 
 
Sadə səslənir, amma çoxları bunu bacarmır. İş və şəxsi məsələlər bir-birinə qarışan zaman məzuniyyətdən sonra işə qayıtmaq ağır olur. Ona görə də işə aid problemləri ofisdə qoyub çıxmağı öyrənin. Bundan ötrü «mən işçiyəm» rolundan çıxıb «mən evdaram» roluna girmək yaxşı olar.

ŞƏRH YAZIN